Gümüş yenə rekord qırdı
Paladiumda isə üç ilin zirvəsinə çatdı
09:12 | 6 sentyabr 2025 | Şənbə
Məqaləyə 1265 dəfə baxılıb
Şriftin ölçüsü
Paladiumda isə üç ilin zirvəsinə çatdı
Qızıl, gümüş və platin yeni tarixi zirvəyə çatdı
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
Qızıl ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faizlərin endiriləcəyi gözləntilərini gücləndirən məşğulluq göstəricilərindən sonra yeni rekorda yüksəlib. Qızılın unsiyası göstəricilərdən sonra 3 min 586 dollara qalxaraq tarixi zirvəsini yeniləyib.
Qızıl və gümüş son üç ildə iki dəfədən çox bahalaşıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər “təhlükəsiz liman”a tələbi artırıb. ABŞ Prezidenti Donald Trampın bu il FED-ə yönəlik artan tənqidləri isə mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları gücləndirib. Tramp qısa müddət ərzində FED-də “əksəriyyəti ələ keçirəcəyini” və faizləri endirəcəyini demişdi.
Buna baxmayaraq, Trampın FED İdarə Heyətinə namizəd göstərdiyi Stefan Miran (Stephen Miran) cümə axşamı Senatda keçirilən təsdiqetmə iclasında mərkəzi bankın ən mühüm vəzifəsinin “böhranların və hiperinflyasiyanın qarşısını almaq” olduğunu vurğulayıb. Miran eyni zamanda Ağ Evdəki vəzifəsini davam etdirəcəyini qəbul etsə də, FED-in müstəqilliyinə sadiqliyini bir daha bəyan edib.