
Haqq-ədalət yerini tapanda...
Lənkəran Dövlət Dram Teatrının yeni tamaşası haqqında
Lənkəran Dövlət Dram Teatrının yeni tamaşası haqqında
Aviabombalar, tank, top və Qrad mərmiləri, ...
Məktəblini döydüyünə görə ...
İcra başçısının müavinilə bağlı araşdırma başlanıb
Doğulduğu yerə, keçmişinə ...
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
Suya girənlər ayaqlarının sanki daha dərinə çəkildiyini hiss edir
Ehtiyat xətdəki vaqonlar alışıb
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
“Dəniz bir neçə ailənin ixtiyarına verilə bilməz”
500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı
FHN və DİN əməkdaşları hadisə yerində
Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib
Təsəllinin ən pisi ...
Abid Şərifov dəhşətli yanğından danışdı
FHN-dən rəsmi açıqlama
Cənub bölgəsində çimərlik mövsümü başlayıb. Vaxt.az ANS TV-ə istinadən xəbər verir ki, isti yay günlərində sərinləmək üçün Lənkəranda böyüklü kiçikli hamı dəniz sahilinə axışır. Canındakı ağrı acını çıxartmaq üçün dənizin qara qumuna pənah gətirən də var, çimib istirahətin dadını çıxaran da.
Əhalinin əksəriyyəti pulsuz çimərliklərə üz tutsa da, ödənişli çimərliklərə üstünlük verənlər də var. Özəl çimərliklərə gediş haqqı 2-5 manat arasında dəyişir. Bu qiymətə çimərlik üçün lazım olan ləvazimatlar, duş, çətir daxildir.
Şəhər sakini Nurəddin Xəlilzadənin sözlərinə görə, ödənişli çimərliklə ödənişsiz arasında gigiyena qaydalarına görə çox fərq var. Ödənişsiz çimərlikdə suyun içində yosunlar çox olur, ətrafa baxırıq, daşdır, qumun üzərində çoxlu yad əşyalar olur.
Şəhər sakini Nazim Yusifov bildirdi ki, mən həmişə pulsuz çimərlikdən istifadə etmişəm. Çünki bu dəniz bizə Allahın verdiyi böyük nemətdir. Ondan istifadə etmək lazımdır.
Mövsümün əvvəlində dəniz suyunun tərkibinin yoxlanılması ilə bağlı aparılan monitorinqin nəticələri isə Lənkəran çimərliklərində narahatlığa əsas olmadığını deyir.
Lənkəran Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Habil Sadıqov dedi ki, may ayından başlayaraq Lənkəranda dəniz suyu bakterioloji, fiziki və kimyəvi göstəricilərinə görə təyin olunmuş, nəticələr ürəkaçandır. Bu sularda normativlərə cavab verir.
Mövsüm boyunca dənizdə çimənlərin təhlükəsizliyinə müəyyən edilmiş çimərlik ərazisində FHN-nin dövlət sulardan xilas etmə xidmətinin cənub dalğıc axtarış qrupu və Lənkəran xilas etmə məntəqəsi nəzarət edir.
Qurum bu məqsədlə 2 kater və 3 rezin qayıq, 23 xilasedici ayırıb.