
Səfir nazirliyə çağırıldı
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Böyük Britaniya yenə Avropa İttifaqında yaxasını kənara çəkib. Səbəb baş nazir Devid Kemeronun Avropa Komissiyası prezidentliyinə lüksemburqlu Jan-Klod Yunkerin namizədliyini dəstəkləməməsidir. Bir federalist və köhnə avropalı kimi Yunker Britaniya hökumətinin Avropa planlarına daxil deyil. Hakimiyyətdə olan mühafizəkarlar Avropa İttifaqına verilmiş səlahiyyətlərin getdikcə artmasından narahatdırlar və bunun dəyişdirilməsini tələb edirlər. Onlar həm də, 2017-ci ildə Britaniyanın Aİ-də qalıb qalmaması ilə bağlı referendum keçirməyi də planlaşdırırlar. Yunker isə Britaniyanın istədiyi «daha az Avropa» yolunda islahatlar keçirmək niyyətində deyil (Ümumiyyətlə, seçilərsə Yunkerin belə bir səlahiyyəti olacaqmı?).
Yunkerin namizədliyinə qarşı çıxmaqla Kemeron bir neçə əsas məqamı hədəf alır. İlkin olaraq o, özünü britaniyalıları «Avropa təhlükəsindən» qoruyan lider kimi təqdim etməyə çalışır. Bundan əlavə, Britaniyanın daha artıq anti-Avropa partiyası olan UKİP-in tərəfdarlarını özünə tərəf çəkməyə can atır. Xatırladaq ki, UKİP son Avropa seçkilərindən qalib ayrılmışdı. Nəhayət, çox sadə səbəb, Yunker Kemeronla eyni siyasi cərəyandan deyil.
Almaniya isə, kansler Merkelin simasında əvvəlcə Yunkeri dəstəkləməsə də, sonunda fikrindən daşınmalı və Avropa seçkilərində qalib gəlmiş Xalq Partiyasının namizədi Yunkeri dəstəkləməli oldu. Bununla belə, Merkel Kemeronu öz ambisiyaları ilə baş-başa buraxmaq fikrində deyil. Böyük Yeddiliyin Brüsseldə keçirilən son görüşü zamanı kansler britaniyalıların narahatlığını ciddiyə aldığını söyləmişdi : «Bəzilərinin Britaniyanın Aİ-də qalıb qalmaması məsələsinə biganə yanaşmasını böyük məsuliyyətsizlik və qəbulolunmaz kimi qiymətləndirirəm», deyə o, bildirmişdi.
Böyük Britaniyanın Aİ-də qalması Almaniyanın maraqlarına cavab verir. Əvvəla ona görə ki, Berlinlə Londonun Avropadakı iqtisadi baxışları eynidir. Buraya vahid böyük bazar və büdcə intizamı daxildir. Böyük Britaniya Almaniyanın beşinci ticarət partnyorudur, Britaniyadakı birbaşa və dolayı alman investisiyalarının həcmi 100 milyard avro ətrafındadır.
Digər səbəb isə daha çox siyasi xarakter daşıyır. Britaniyanın Avropada qalması Almaniyaya bir tərəfdən Fransa, digər tərəfdən isə Polşa ilə münasibətlərdə tarazlıq yaratmağa kömək edir.
Bütün bunlarla yanaşı, Kemeronla Merkelin dost olduğunu iddia etmək olmur. Əvvəlcə, Kemeronun mühafizəkarları Merkelin xristian-demokratları ilə yollarını ayırdılar (2009 seçkilərindən sonra Mühafizəkarlar Avropanın sağ-mərkəzçilərini birləşdirən Avropa Xalq Partiyasından çıxdılar), daha sonra Merkel Kemeronun təklif etdiyi Avropa islahatlarına «yox» dedi, indi də bu Yunker əhvalatı. Bu ilin 9 iyununda Kemeronla İsveçdə görüşən Merkel ona təhdidlərlə danışmamağı məsləhət görmüşdü.
Beləliklə, Britaniyanın Avropa İttifaqında qalması Almaniyaya nə qədər sərf etsə də, göründüyü kimi, Merkel Kemerona heç nədə güzəştə getmir. Jan-Klod Yunkerin Avropa Komissiyasının prezidenti seçilməsi Avropa quruculuğunda Britaniya mühafizəkarlarının siyasi xəttinin əksinə getmək deməkdir. Britaniya referendum hazırlıqlarına başlaya bilər.