NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
09:03 | 27 iyun 2014 | Cümə
Məqaləyə 1813 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
İyunun 25-də NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, NATO-nun sentyabr ayı keçiriləcək Uels sammitində Gürcüstan üçün «üzvlük üzrə fəaliyyət planı» (MAP) müzakirə olunmayacaq. Əvəzində isə alyans Gürcüstanı NATO-ya daha da yaxınlaşdırmaq üçün «mühüm paket» hazırlayacaq. Rasmussen bildirib ki, təklifin təfərrüatları üzərində işləmək lazımdır. Bu barədə «Civil.ge» xəbər verir.
Qeyd edək ki, NATO baş qərargahında Rasmussen iyunun 25-də açıqladığı əməkdaşlıq üzrə «mühüm paket» və Gürcüstan üçün üzvlük üzrə fəaliyyət planı haqqında sualları cavablandırıb. «Uels sammiti üzvlük üzrə fəaliyyət planına deyil, Gürcüstanın NATO-ya yaxınlaşdırılmasına həsr olunacaq», - o deyib.
«Bu, mühüm bir paket olacaq. Biz Gürcüstanla birlikdə sammitə qədər bu təkliflər paketi üzərində işləyəcəyik. Təəssüf ki, mən indi sizə paket haqqında dəqiq məlumat verə bilməyəcəyəm. Sammitə qədər bunun üzərində işləmək lazımdır», - Rasmussen deyib.
«Onu deyim ki, 2008-ci il Buxarest qərarı hələ qüvvədədir. Yadınızdadırsa, biz Gürcüstanın vacib tələbləri yerinə yetirməsi şərti ilə, NATO üzvü ola biləcəyinə qərar vermişdik. Sammitə qədər hazırladığımız təkliflər paketi Gürcüstanı NATO-ya daha da yaxınlaşdıracaq», - o əlavə edib.
Xatırladaq ki, 2008-ci il Buxarest sammitində NATO liderləri Gürcüstanın NATO-ya qoşulması üçün üzvlük üzrə fəaliyyət planından (MAP) imtina etmişdilər. Buna baxmayaraq, liderlər Gürcüstanın gələcəkdə nə vaxtsa NATO-ya qoşula biləcəyinə söz verdilər. Buxarest sammitində verilən qərarda həmçinin bildirilir ki, MAP (üzvlük üzrə fəaliyyət planı) Gürcüstanın «birbaşa üzvlüyü yolunda» ilk addım olmalıdır. NATO-nun Gürcüstanla bağlı əlavə qərarlarında da alyansa qoşulmaq üçün əvvəl «MAP mərhələsi»ni keçməli olduğu bildirilir.
İyunun 2-də Almaniya kansleri Angela Merkel Berlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Kansler görüşdən sonra bildirib ki, Uels sammitində Gürcüstan üçün «üzvlük üzrə fəaliyyət planı»nın gündəlikdə olmayacağını düşünür. O həmçinin bildirib ki, Gürcüstanın NATO-ya yaxınlaşması üçün MAP-dan başqa yolların da olması sammitin qərarları ilə təsdiqlənə bilər.