
İspaniyanı iflic edən oğurluq
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Hansı Avropa şəhərlərində yaşamaq üçün çox pula ehtiyacınız yoxdur?
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
“Mən bütün bu şeyləri bilmək istəmirəm”
Mağazalarda satışdan çıxarılıb
Ölən və yaralananlar var
Hər gün onlarla qayıq İspaniya və İtaliya sahillərinə yan alır
İspaniyanın baş naziri Pedro Sançes: “Rusiya təhdidləri ilə üzləşən ölkələrə kömək etməliyik”
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
1.1-1.4 milyon il əvvələ aid olan kəşf “Homo affinis erectus” kimi təsnif edilib
«ND TV» xəbər verir ki, iyunun 26-da İspaniya parlamenti sabiq kralın hüquqlarının müdafiəsi üçün qərar qəbul edib. Ötən həftə taxtı 39 yaşlı oğlu kral VI Felipeyə ötürən Xuan Karlos toxunulmazlıq hüququnu itirib və məhkəməyə çıxarılıb. Onun oğlu olduğunu iddia edən bir şəxs sabiq kralı məhkəməyə verib.
Hakim partiya siyasətçiləri Xuan Karlosa yeni müstəsna hüquq verilməsi üçün qanunvericiliyə təcili düzəliş ediblər. Hakim Xalq Partiyası müxalif parlamentarilərin etirazına baxmayaraq, bu təklifi irəli sürüb. Qanunun lehinə 184 nəfər, əleyhinə isə 32 nəfər səs verib. 109 nəfər səsvermədən imtina edib. Qanunun təsdiqlənmək üçün parlamentin yuxarı palatasına nə vaxt təqdim olunacağı hələ müəyyənləşdirilməyib.
Yeni qaydalara görə, Xuan Karlosun işinə yalnız ən yüksək məhkəmə - Ali Məhkəmə baxa bilər. Eyni hüquqlar həmçinin İspaniyanın yeni kraliçası - Felipenin həyat yoldaşı Letiziaya, 8 yaşlı qızı və varisinə - Asturiya şahzadəsi Leonoraya da aid olacaq.
Əsas müxalifət partiyası olan Sosialist Partiya da sabiq kralın hüquqlarının müdafiəsini dəstəkləyir. Buna baxmayaraq, cümə axşamı səsvermədə iştirak etməyən partiya qanunun müzakirələr aparılmadan tez qəbul edilməsindən şikayətlənib. Başqa qruplar isə bildiriblər ki, sabiq kral bütün vətəndaşlar kimi məsuliyyət daşımalıdır.
Xuan Karlosun sabiq konstitusional toxunulmazlığı 2012-ci ilin oktyabr ayında 2 məhkəmə prosesinə mane olurdu. Bəzi adamlar taxta çıxmazdan əvvəl kralın onların atası olduqlarını iddia edirdilər. İddiaçılardan Albert Sola Yemenez şikayətini hələ də geri götürməyib. Ali Məhkəmənin Sola kimilərinin atalıq iddiasına baxıb-baxmayacağı və kralın başqa hansı məhkəmə iddiaları ilə üzləşəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Xuan Karlosun ən kiçik bacısı Kristina monarxiyanın nüfuzunu zədələdiyinə görə yalançı ittihamlarla üzləşib. İyunun 25-də hakim onun əleyhinə olan ittihamları dinləyib. Bu isə o deməkdir ki, o da məhkəməyə çıxarıla bilər.