vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 3 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
«Bakı Metropoliteni» satışa çıxarıldı? 17:40 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı Metropoliteni» satışa çıxarıldı?

QSC-yə 1,77 milyard qiymət qoyuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakı Metropoliteni» QSC-nin ümumi dəyəri 1,77 milyard manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bu barədə QKDK-nın rəsmi saytında bildirilib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 14,14 manat olan 125 244 043 səhm buraxılıb.

İlkin yerləşdirmə qapalı rejimdə keçiriləcək.

«Bakı Metropoliteni» QSC Prezident İham Əliyevin bu ilin fevral ayında imzaladığı sərəncama uyğun olaraq Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» SC-nin təkrar strukturlaşdırılması yolu ilə yaradılıb. Səhmdar cəmiyyət bu iki strukturun hüquqi varisidir. Bundan başqa, strukturların bütün hüquqları, öhdəlikləri və əmlakı QSC-yə verilib.(ANS Press)