
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Şimaldakı cəhdlər Cənub üçün indikator olacaq
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Azərbaycanın güclənməsinə qarşı fars-şiə qarşıdurması
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
Avropa Birliyinin Cənubi Qafqazda rolu barədə
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
Böyük ölkələrin getdikcə praqmatikləşdiyi dünyada kiçik ölkələrin hələ vaxtı var
Rusiyanın Qafqazın işğalına başladığı illərdə qurulan xain planlar
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
... Yaxud müharibədən çıxarılmalı dərslər
Ermənistan əhalisinin fəlakətli vəziyyəti getdikcə daha da pisləşir. Bu Cənubi Qafqaz respublikasının vətəndaşları artıq bu gün elektrik enerjisi tariflərinin artırılmasının nəticələrini öz üzərilərində hiss edirlər. Bahalaşma avqustun 1-dən nəzərdə tutulsa da artıq bu gün mağazalarda yerli istehsal mallarının qiyməti qalxıb. İdxal malları isə həmişə erməni ailələri üçün əlçatmaz olub.
Əlbəttə, qiymət siyasətində bu cür dəyişikliyi gözlənilməzlik saymaq olmaz, amma heç kim gözləmirdi ki, bu, belə sürətlə baş verəcək. Yerli mətbuat yazır ki, artıq yaxın günlərdə çörəyin, süd məhsullarının, yumurtanın və başqa ərzaq məhsullarının qiyməti qalxacaq. Nəşrlər həyəcanla soruşur ki, indi birtəhər tərəvəzlə baş girləmək olur, bəs, qışda vəziyyət necə olacaq? İlin bu çağlarında əhalinin sosial vəziyyəti, sadəcə, fəlakətli olacaq.
Nəticədə, öz ölkəsini tərk edən insanların sayı artacaq, qalanlar isə sadəcə etiraz aksiyalarına qatılacaqlar. Hakimiyyət, təbii ki, məsələdən xəbərdardır və buna görə də azərbaycanlı «diversant»larla olduğu kimi hər cür əfsanələr uydurur. Əhalini kədərli düşüncələrdən və etiraz aksiyalarından təcrid etmək üçün hər şeyə əl atırlar. Ağıllarına ilk gələn şey «sülhsevər» Ermənistanı guya param-parça etmək istəyən, guya ora diversant və terrorçular yollayan Azərbaycanın təcavüzkar obrazının yaradılmasıdır. Əlbəttə, ənənəvi «soyqırım» da işə yarayar.
Ölkə həyatındakı siyasi və iqtisadi çətinliklərlə bağlı Ermənistan mətbuatı qarşıdan gələn payız barədə daha çox material verməyə başlayıb, bu payızın çox qızmar keçəcəyini bildirirlər.
Səsi gündən günə güclənən ənənəvi müxalifətlə yanaşı, mətbuatın fikrincə, daha bir qüvvə peyda olub ki, o, hələ susur və kölgədə qalmağa üstünlük verir. Qəzetlər yazır ki, məhz bu qüvvə güclərini toplayır və indiki hakimiyyətə qarşı yeni cəbhə açır.
İnsanlar dəyişiklik istəyir və mütləq ona nail olacaqlar.