Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:15 | 1 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 457 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İlin sonlarına doğru Rusiyanın Cənubi Qafqazdakı təsir gücü baxımından kritik dövr olacaq. Moskvanın bölgədəki imkanları zəifləsə də, Gümrüdəki 102-ci hərbi baza və “Gürcü Arzusu” Rusiyanın regiondakı dayaqlarını hələ də qoruyur. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalandıqdan sonra, şübhəsiz ki, Paşinyan hökuməti tərəfindən 102-ci bazanın ölkədən çıxarılması rəsmi olaraq gündəmə gətiriləcək. Yəni, ilin sonuna doğru meydanın qızışacağı gözlənilir. Amma Ukrayna münaqişəsinin gedişatının Rusiyanın post-sovet məkanındakı rolunda həlledici faktor olacağı şübhəsizdir.
Şimali Qafqazın alovlanması Cənubi Qafqazın Rusiya təsir zonasından çıxmağının əsas bir göstəricisi, simptomu ola bilər. Məlum olduğu kimi, həm Çar Rusiyasının çökdüyü Birinci Dünya müharibəsindən sonra, həm də Sovet İttifaqının süqut etdiyi 1990-cı illərdə Moskvanın Cənubi Qafqazdakı dayaqlarını itirməsi Şimali Qafqazda da müstəqillik proseslərini başlatmışdı. Yəni, həm Dağlılar Respublikası (1918-1919), həm Çeçen İçkeriya Respublikası (1991-2000) Moskvanın Cənubi Qafqazdakı təsir gücünü itirməsinin birbaşa nəticələri idi. Bu mənada, Şimali Qafqazdakı proseslər Cənubi Qafqazın taleyi üçün əsas indikator olacaq.
Nəzərə alsaq ki, tarixin müvafiq dövrlərində Şimali Qafqazdakı hər iki müstəqillik cəhdində Azərbaycan xüsusi rol oynayıb, bu baxımdan Rusiya-Azərbaycan münasibətlərini ümumilikdə Qafqaz regionunun taleyi çərçivəsində dəyərləndirmək mütləqdir.