ABŞ-nin yaratdığı boşluğu Bakı doldurur? – VİDEO
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
11:24 | 24 iyul 2014 | Cümə axşamı
Məqaləyə 1504 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
İyulun 22-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Avropa Parlamentinin xarici işlər komitəsi qarşısında Ukraynadakı vəziyyət və MH17 təyyarəsinin separatçılar tərəfindən vurulması haqda məruzə ilə çıxış edib. Nazir həmçinin Avropa İttifaqı (Aİ) və Ukrayna münasibətlərindən də söz açıb. Çıxışı zamanı Klimkin bildirib ki, ukraynalılar avrointeqrasiya kursunu dəstəkləyiblər və indi Aİ-dən aydın siyasi mövqe gözləyirlər. Eyni zamanda Klimkin deyib: «Ukraynanın cənub-şərqində baş verənlər nəinki bütün Ukraynaya, həm də bütün Avropaya təsir edə bilər». «Əgər əvvəllər biz atəşkəsi müzakirə etsək də, artıq dondurulmuş münaqişənin olmasına razı deyilik», - nazir əlavə edib.
«Donetskdəki və Luqanskdakı vəziyyət sübut edib ki, biz rus terrorçularına qarşı mübarizə aparırıq. Terrorçu qruplarını görürük, onların rəhbərləri sabiq və ya hazırki Rusiya xüsusi xidmət orqanları işçiləridirlər. Onlar indi olduqları şəhərlərin infrastrukturunu məhv etməklə məşğuldurlar. Yerli olsaydılar, onlar heç vaxt öz doğma şəhərlərinə bu qədər zərər verməzdilər», - Klimkin çıxışında bildirib. Bundan başqa, nazir deyib ki, Rusiyaya qarşı qlobal miqyaslı etiraza ehtiyac var. Ruslar Ukrayna torpaqlarını tərk etməlidirlər və bu istiqamətdə Aİ-dən aydın tələb irəli sürülməlidir.
Aİ ilə münasibətlərə gəldikdə, Pavlo Klimkin Ukraynanın avrointeqrasiyaya tam qətiyyətli olduğunu vurğulayıb və yalnız iqtisadiyyatda deyil, insan hüquqları və ədliyyə sahələrində də zəruri islahatları aparmaq hazırlığını bildirib.
Daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran nazir demokratik Ukraynaya Avropanın dəstəyinin vacibliyini qeyd edib. O həmçinin bildirib ki, Ukraynanın cənub-şərqində vəziyyət kəskin olaraq dəyişib. Yerli əhali terrorçu-separatistlərə kinlə yanaşır və onları dəstəkləmir. Terrorçuların hələ də fəaliyyətdə olmasının yeganə səbəbi onlara Rusiyadan silah və maddi dəstəyin gəlməsidir. Ukrayna yerli əhalinin separatçılardan müdafiəsini özünə prioritet qoyur. Nazir həm də minlərlə əsirin əks olunduğu foto-şəkillərin olmasını deyib, insanların elektrik, su və qaz borularının dağıdıldığı yerlərdə pis şəraitdə yaşamağa məcbur olduqlarını bildirib.
Ukrayna xarici işlər naziri Pavlo Klimkin səfər zamanı «eunews.az»ın suallarını cavablandırıb.
- Bu gün Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplanacaqlar. Sizin bu görüşdən gözləntiniz nədir?
- Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanı dəstəkləməyi gözləyirik. Aİ nazirləri kimi, bütün Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Ukrayna ilə həmrəy olacaqlarına ümid edirəm.
- ATƏT nümayəndələri bildirirlər ki, qəzaya uğramış MH17 reysli təyyarənin qalıqları əvvəlkilərdən fərqlənir. Hərbi geyimli şəxslər ekspertlərin iştirakı olmadan təyyarə qalıqlarını digərləri ilə əvəz edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Qəzanın baş verdiyi ərazi hal-hazırda terrorçuların nəzarəti altındadır və bizim məqsədimiz müstəqil araşdırmanın keçirilməsinə nail olmaqdır.
- Ukrayna Ali Radası dünya ictimaiyyətini Malayziya hava yollarına məxsus təyyarənin qəzasını Rusiya tərəfindən dəstəklənən separatçıların törətdiyi terror aktı kimi tanımağa çağırır. Sizcə, dünya ölkələrinin bu çağırışa cavab verməsinə nə mane olur?
- Yalnız onu deyə bilərəm ki, qəzanın səbəbi təyyarənin terrorçular tərəfindən vurulmasıdır. Təbii ki, bu haqda daha çox məlumat əldə edəcəyik. Müstəqil araşdırmanın nəticələrini gözləməliyik.