
“Əmlak Aministiyası”
Biz nəyi təklif edirdik?
Biz nəyi təklif edirdik?
120 min deyil, 80 min manat …
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si ləğv edildi
Vaxt açıqlandı ...
Əmlak və torpağın alqı-satqısı asanlaşdırıldı
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
ƏMDK-dən «Kütləvi çıxarış» kampaniyası ...
Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
Restorana 369 min manat qiymət qoyulub
Daha 78 dövlət əmlakı hərraca çıxarılır
Torpaqlar niyə bazar qiymətindən xeyli ucuz satılır?
Yetmiş beş dövlət obyekti hərraca çıxarılır
Vergi borcu silinənlərin adları açıqlanıb
Ən yüksək qiymət «Aydınlıq» şadlıq evinə qoyulub
Hərracda ən çox alınan obyektlər…
Hərraca çıxarılanların səhmi 0.5-2 manatdır
Xarici vətəndaşlar Azərbaycanda daha çox əmlak almağa başlayıblar. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən «Daşınmaz Əmlak» jurnalı məlumat yayıb. Məlumata görə, 2013-cü ildə xarici ölkə vətəndaşları Azərbaycanda 1854 əmlak alıblar. Bu 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5 faiz çoxdur. Ümumilikdə, son 2 ildə Azərbaycanda xaricilərə məxsus olan əmlakların sayında 50 faizə yaxın artım var.
Əmlakı harada alırlar?
ƏMDK-nin məlumatlarına görə, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı Bakıdır. Ötən il xaricilərə məxsus olan 1854 əmlakın böyük hissəsi, yəni 1135-i və ya 60-dən çoxu paytaxtda yerləşib. Amma getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Əcnəbilərə məxsus əmlakların arasında regionların payı artmaqdadır. Belə ki, 2 il əvvəl - 2011-ci ildə xaricilərə məxsus olan əmlakların cəmi 29 faizi regionlarda idisə, indi bu rəqəm 39 faizə çatıb. Konkret regionlara gəlincə, xaricilər ən çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verirlər. Belə ki, əcnəbilər Xaçmazda 172 əmlak, Zaqatalada isə 124 əmlak alıblar. Sonrakı yerləri Sumqayıt (91 əmlak), Yevlax (69 əmlak) və Şəmkir (51 əmlak) tutur.
Mənzil, yoxsa torpaq sahəsi
Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlak təbii ki, mənzillərdir. Əcnəbilərə məxsus olan əmlakların 1188-i və ya üçdə ikisi mənzillərdir. Xaricilərin maraq göstərdiyi əmlak növləri arasında ikinci yeri fərdi yaşayış evləri tutur - hər 5 əmlakdan biri fərdi evlərdir. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Quba-Xaçmaz zonasında alıblar - 99 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Zaqatala-Balakən (68 ev) və Bakı (63 ev) tutur. Əcnəbilərə məxsus olan torpaq sahələrinin sayı 220-dir. Fərdi evlərdə olduğu kimi, torpaq sahələrində də xaricilər ən çox Quba-Xaçmaz (54 torpaq sahəsi) və Zaqatala-Balakən (48 torpaq sahəsi) zonalarına üstünlük verirlər. Xaricilərə məxsus torpaq sahələrinin sayına görə sonrakı yeri Şəmkir tutur - 34 torpaq sahəsi. 2012-ci illə müqayisədə xaricilərin torpaq sahələrinə marağı daha çox artıb – 63 faiz. Fərdi yaşayış evlərinin sayı 40 faiz, xaricilərə məxsus mənzillərin sayı isə 16 faiz yüksəlib (Fins.az).