Savaşda sonuncu mərhələ
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
16:22 | 23 sentyabr 2014 | Çərşənbə axşamı
Məqaləyə 1631 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Azərbaycan Ermənistanın oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzv olmaq planlarını pozub. Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistanın müxalif «Aykakan Jamanax» qəzeti yazıb.
Qəzetin yazdığına görə, Qazaxıstan XİN-in təmsilçiləri diplomatik kanallarla Ermənistan və Rusiyanı məlumatlandırıblar ki, ola bilsin oktyabrın 10-da Minskdə keçiriləcək görüşə qədər rəsmi Astananın Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə dair yekun mövqeyi hazır olmasın.
Məlumata görə, Qazaxıstan XİN bildirir ki, onların yekun mövqeyi ancaq oktyabrın 15-də hazır olacaq. Bu isə o deməkdir ki, Qazaxıstan oktyabrın 10-da Ermənistanın «Putin ittifaqına» daxil olmaq planlarını iflasa uğradacaq.
Xəbərdə bildirilir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü hazırlamaqla məşğul olan erməni diplomatları bundan təşvişə düşərək Rusiya XİN və Putin administrasiyasının nümayəndələri ilə məsləhətləşmələrə başlayıblar. Rusiyanın Prezident Administrasiyasından bildiriblər ki, onlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyindən narahat olublar. Kremldən deyiblər ki, Rusiya rəhbərliyi Ermənistanın oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təmin etməkdə qətiyyətlidir.
Xatırladaq ki, bu ilin yazında Avrasiya İttifaqının təsis olunduğu Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etdi. Nazarbayev bildirdi ki, rəsmi Bakı Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədləri çərçivəsində mümkün olduğunu bildirir. Nazarbayev digər sammit iştirakçılarını bu mövqeni diqqətə almağa çağırdı.
O zaman Nazarbayevin çıxışı Ermənistan prezidenti Serj Sərkisyanı möhkəm pərt etmişdi və sammiti izləyən jurnalistlər onun sifətinin necə əyildiyini görmüşdülər. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına üzv olandan sonra işğal altında saxladığı Dağlıq Qarabağla öz arasında gömrük postu qoymalıdır.
Ermənistan hökuməti isə bildirir ki, sərhəddə gömrük postu qoymaq fikrində deyil. Doğrudur, Sərkisyan Ermənistanın ittifaqa Dağlıq Qarabağla birgə daxil olmasının mümkün olmadığını bildirib, ancaq sərhəddə gömrük postunun qoyulması məsələsi hələ açıq qalır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Ermənistanın üzvlüyü məsələsində Azərbaycanın maraqlarını müdafiə edib və belə görünür ki, oktyabrın 10-da Sərkisyan Minskdə növbəti dəfə pərt olacaq və İlham Əliyevin diplomatiyasının daha bir zərbəsini üzərində hiss edəcək.