Şəffaf və nəzakətli DOST
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
Səlim Müslümova şok ittiham
Nazir deputatın sualına sualla cavab verdi
Nazir Səlim Müslimov xəbəri təsdiqlədi
Səlimovun tapşırığı ilə avtomobil və mənzil növbəsinə duranların siyahısı ƏƏSMN-in saytında yerləşdiriləcək

«İşsizlərin böyük qismini gənclər təşkil edir». Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur:
«Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır. Getdikcə əmək bazarında ehtiyac olmayan insan resursları artır. Yəni demoqrafik artım ilə əmək resurslarının mövcud bazarın tələblərinə uyğun hazırlanması prosesi arasında bir disbalans yaranıb. Bunun aradan qaldırılması üçün müxtəlif tədbirlərin həyata keçiriləsi vacibdir».
Nazirin sözlərinə görə, işəgötürənlərin müasir dövrdə tələbləri də dəyişib: «Bu gün işəgötürənlər kadrların hazırlanması prosesində iştirak etmək istəmirlər. Onlar daha çox hazır, dərhal işə başlayacaq mütəxəssislər tələb edirlər». («Report»)