Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:34 | 12 aprel 2016 | Çərşənbə axşamı
Məqaləyə 1093 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
«Rusiya kiçik müttəfiqi Ermənistanı dəstəkləməkdənsə, Azərbaycanla əlaqələrinin zədələnməməsinə daha böyük prioritet olaraq baxır. Çünki Moskva bilir ki, İrəvana verəcəyi dəstəyin heç bir bəhrəsini görə bilməyəcək».
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının «kölgəsi» hesab olunan «Stratfor» beyin mərkəzinin Dağlıq Qarabağda baş verənlərlə bağlı məqaləsində deyilir.
Mərkəz qeyd edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan istənilən vaxt Türkiyədən dəstək istəyə bilər: «Ankara buna həmişə hazırdır. Rusiya məhz Türkiyənin müharibəyə müdaxiləsi ehtimalını nəzərə alaraq, atəşkəsin əldə olunmasına çalışdı. Bundan başqa, Avropa və ABŞ da atəşkəsdə maraqlıdır».
«Stratfor» toqquşmalar başlayanda Ermənistan liderlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyə hazırlaşdığını bildirir.
«Amma təşkilatın üzvü Qazaxıstan açıq şəkildə Azərbaycanı dəstəklədi. Belarus da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi. Ardınca Minsk yeni hərbi doktrina qəbul edərək, öz ordusunun xaricdə hərbi əməliyyatlarda iştirakını qadağan etdi. Ardınca Rusiya da neytral mövqe sərgilədi. Əslində Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın təmsil olunduğu KTMT indiyə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qarışmamağa çalışıb. 2010-cı ildə KTMT-nin strategiya sənədində islahatlar aparıldı. «Kollektiv müdafiə» ifadəsi, «birgə müdafiə razılığı» sözü ilə dəyişdirildi. Bu, regional münaqişələrdə KTMT üzvlərinin yalnız sözlə kifayətlənməsinə şərait yaratdı. Bununla yanaşı, Qarabağda gedən döyüşlər Ermənistanın BMT tərəfindən tanınan sərhədləri daxilində deyil. Bunun özü də KTMT-yə məsələyə müdaxilə etməyə imkan vermir», – deyə məqalədə qeyd olunur.
Mərkəz bildirir ki, baş verənlər Ermənistanın növbəti dövrdə Azərbaycanla arasında yaşanacaq toqquşmalarda KTMT-yə bel bağlaya bilməyəcəyini göstərir: «Bu, KTMT-nin NATO kimi hərbi ittifaq olmadığını, sadəcə birgə təşkilatdan ibarət olduğunu sübut etdi».