Roma Bakının Avropaya açılan qapısı olacaq
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
17:11 | 30 oktyabr 2016 | Bazar
Məqaləyə 2785 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
Türkiyə zəlzələ dağıntı riskini azaltmaq üçün nə edir?
İtaliya nəhəng layihəyə start verdi
Bu gün səhər İtaliyada baş vermiş güclü zəlzələ nəticəsində onlarla insan yaralanıb. «Report» bildirir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Fabrisio Kurço məlumat verib.
«Zəlzələ zamanı ölən olmayıb. Amma bizə onlarla insanın xəsarət alması barədə məlumat daxil olub. Onlardan birinin vəziyyəti ağırdır. Lakin hər şeyi yoxlamaq üçün vaxt lazımdır» - deyə o bildirib.
Qeyd edək ki, zəlzələ həmçinin çoxsaylı dağıntılara səbəb olub. Təbii fəlakət bir sıra yaşayış məntəqələrində binaların ziyan çəkməsi və dağıntılarla nəticələnib.
Bununla yanaşı, Roma metrosu da müvəqqəti olaraq sərnişinlərin üzünə bağlanıb. Yeraltı təkanlardan təlaşa düşmüş sakinlərin bəziləri mənzillərini tərk ediblər.
İtaliyanın Mülki Müdafiə Milli Xidmətinin məlumatına görə, təbii fəlakət zamanı ölənlər və ya yaralananlar qeydə alınmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:41-də İtaliyada 6,7 ballıq (bəzi məlumatlara görə 7,1 bal) zəlzələ baş verib. Zəlzələdən sonrakı 20 dəqiqə ərzində 4,1 və 4,6 bal gücündə daha 2 yeraltı təkan qeydə alınıb.
Yeraltı təkanlar ölkənin hər yerində, o cümlədən paytaxt Romada hiss edilib.
***
12:12
Sputniknews bildirir ki, Roma sakinlərini bu səhər qorxuya salan güclü zəlzələ Norsiyadakı Sent-Benedikt kilsəsinin bir divarını uçurub.
***
11:39
Oktyabrın 30-da yerli vaxtla saat 7:41-də (Bakı vaxtı ilə 10:41) İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.
RİA Novosti agentliyi bildirir ki, İtaliyanın yerli RAI TV kanalının məlumatına görə, zəlzələnin maqnitudası 7,1 bal olub.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında isə zəlzələnin ocağının 10 km dərinlikdə yerləşdiyi, yeraltı təkanların gücünün isə 6,6 bal olduğu qeyd olunur.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
Virtualaz.org xatırladır ki, bu, İtaliyada son günlər qeydə alınan 3-cü güclü zəlzələdir.