vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
Səudiyyədən Yəmənə aviazərbə 19:51 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudiyyədən Yəmənə aviazərbə

Raket həbsxanaya düşdü, 60 …

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının liderliyi ilə koalisiyanın Yəməndə həbsxana kompleksinə hava hücumları nəticəsində onlarla insan ölüb.

Təhlükəsizlik qüvvələri və səhiyyə rəsmiləri deyirlər ki, hücumlar Hudaydah limanında yerləşən əl-Zaydiyə təhlükəsizlik mənzil-qərargahında həbsxana kimi işlədilən binaya olub.

Bu şəhər hazırda huti qiyamçılarının nəzarəti altındadır. Hutilər 2014-ci ildən bəri hökumətlə müharibə aparır.

Rəsmilər hazırki hücum zamanı 60 nəfərin öldüyünü, onlarla sakinin yaralandığını deyir.

Şənbə günü edilmiş hücum zamanı həbsxanada 84 nəfər məhbus olub.

Yəmənin mühacirətdə olan prezidenti Mənsur Hadini dəstəkləyən koalisiya bundan əvvəl də sadə vətəndaşlara hücumlara görə tənqid edilib.

Bu ayın əvvəlində Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə hücum nəticəsində azı 140 nəfər ölüb.

Koalisiya həmin hücum hədəfinin onlara «səhvən» verildiyini deyib.