
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
«Urmiya gölünün duz zərrəcikləri ətraf ərazidə yaşayan 5 milyon insana təhlükə yaradır». Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Tehran ofisinin nümayəndəsi «Mən Urmu gölüyəm» kampaniyasının Urmiya gölünün canlandırılması ilə bağlı 1 milyon 700 min imzanın təqdim etdiyi tədbirdə danışıb.
«Urmu gölünün duz zərrəcikləri şiddətli küləklər nəticəsində ətraf ərazilərə yayılır. Bu o həddə çatıb ki, duzun şorluğunu hiss etmək mümkündür. Lakin məsələ bununla da bitmir, küləyin yaydığı duz zərrəcikləri tədricən insanların ağciyər və gözlərinə daxil olur və onların sağlamlığına təhlükə yaradır. Hazırda Urmu gölü ətrafında yaşayan 5 milyon əhali gündəlik həyatlarında bu problemlə üzləşirlər»- deyə Gary Lewis qeyd edib.
BMT nümayəndəsi fəsillə əlaqədar şiddətlənən küləklərin yaratdığı problemlə bağlı bildirib ki, «Mərakeşdə keçiriləcək «Kap 22» mərasimində İranda yaşanan duz zərrəcikləri problemini də müzakirə edəcəyik. Ola bilsin ki, UNEP və UNBP-nin yardımı ilə bu məsələ həll olunsun. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün İraq, Suriya və İordaniyadakı həmkarlarımla yaxından əməkdaşlıq edəcəm»- deyə Gary Lewis deyib.
Qeyd edək ki, Urmu gölü ətrafında yaz fəslinin ortalarından payızın sonlarına kimi küləklərin artması səbəbindən, duz zərrəcikləri daha çox bölgəyə yayılır. Bu vəziyyət ildən ilə şiddətlənir.