
İsrail-İran müharibəsinin qalibləri
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
Səudiyyə Ərəbistanı “alkoqol qadağasının ləğv ediləcəyi” iddialarını rədd edir
Səudiyyə Ərəbistanı alkoqol qadağasını ləğv etdi
İslam dünyasında yeni dövrün memarı – Məhəmməd bin Salman
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
Tarixin ən böyük müdafiə müqaviləsi imzalanıb
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Xameneyi isə Səudiyyə-ABŞ münasibətlərində anlaşmazlığı alovlandırmaq istəyir
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
Səudiyyə Ərəbistanındakı həbsxanada kral ailəsinin üzvünə şallaq cəzası tətbiq olunub, yerli mətbuat bildirir. Adı açıqlanmayan şahzadəyə verilən cəza barədə qərarı məhkəmə çıxarıb.
Okaz qəzetində dərc edilən məlumata əsasən hadisə Ciddə şəhərində yerləşən «Qırmızı dəniz» məhbəsində baş verib.
Mətbuat şahzadənin həbsxanaya düşməsinin səbəbləri və ona neçə şallaq vurulduğu barədə məlumat vermir.
Səudiyyənin kral ailəsinin bir neçə min üzvü var. Onlar nadir hallarda cəzalandırılır.
Ötən ay şahzadə Turki bin Səud əl-Kabira barəsində edam hökmü icra olunub. Bu, ölkə tarixində kral ailəsinin üzvünün ilk edam halıdır.
Şahzadə iki il əvvəl Ər-Riyad yaxınlığındakı çadır düşərgəsində baş verən kütləvi dava vaxtı qətl törətməkdə təqsirkar tanınıb. Ölən şəxs şahzadənin dostu imiş.
Ötən il şallaq cəzası dinin təhqirində ittiham edilən yazıçı və fəal Raif Bədaviyə tətbiq olunub. 7 il azadlıqdan məhrum edilmiş yazıçıya 600 şallaq cəzası da kəsilmişdi.
Daha sonra qərarı sərtləşdirən məhkəmə cənab Bədaviyə 10 illik həbs və 1000 şallaq cəzası verib. Ötən il Вədaviyə 50 şallağın vurulması dünya boyu etirazlara səbəb oldu.
Вədavi ilə yanaşı şallaq və 8 illik həbs cəzası şair Əşrəf Fayada da kəsilib. Daha əvvəl o, «dinindən dönməkdə» ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.