vaxtlı-vaxtında oxuyun! Bazar, 13 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
1 milyard dollar yardım 18:10 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1 milyard dollar yardım

İslam İnkişaf Bankı Azərbaycandakı layihələrə dəstək göstərir

İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir:

«Ümumilikdə müsəlman ölkələri ilə əməkdaşlığa gəldikdə, bu ölkələrin hamısı Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini müxtəlif səviyyələrdə dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir».