Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
12:28 | 4 mart 2017 | Şənbə
Məqaləyə 1714 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Rusiyadan Makrona sərt cavab
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnıy ifşaedici araşdırması ilə Rusiya baş naziri Dmitri Medvedevin sahib olduğu var-dövləti üzə çıxarıb. Videogörüntülü materialdan məlum olur ki, Rusiya hökumət başçısı ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomplekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahibdir.
Həm ölkənin özündə, həm də xaricdə ona məxsus daşınmaz əmlak əsasən elit rayonlarda yerləşir.
Rublevkada yerləşən, sahəsi 4 min kv.m-ə yaxın, dəyəri 5 milyard rubl olan villa fondlardan birinin adına rəsmiləşdirilib.
Həmin fonda bir villa da milyarder Alişer Usmanov tərəfindən hədiyyə edilib.
Daha bir villa Kursk vilayətinin Mansurovo kəndində (Medvedevin babasının yaşadığı kənd) yerləşir.
240 min kv.m. sahəsi olan kompleksdə möhtəşəm villa ilə yanaşı, iki vertolyot meydançası, nəhəng idman zalı var.
Kənddə həmçinin Medvedevə məxsus «Mansurovo» aqrokompleksi fəaliyyət göstərir. Kompleks sənəd üzərində Medvedevin qohumlarından birinin adınadır.
Rusiya baş nazirinin Anapda üzümçülük sahəsi, 7 milyard rublluq rezidensiyası, Rublevkada 20 hektarlıq sahədə daha bir əzəmətli mülkü var.
Maraqlıdır ki, Rublevkadakı bu sahə əvvəllər Prezidentin İşlər İdarəsinin balansında olub.
Araşdırma onu da üzə çıxarıb ki, bütün bu varidat oliqarxlardan alınan rüşvət və dövlət banklarının kreditləri hesabına əldə olunub. Medvedev və adamları qeyri-kommersiya fondlarının əsasında cinayət sxemi qurublar.
«Səhmlərin gerçək sahiblərini müəyyən etmək qeyri-mümkündür. Xeyriyyə fondlarının adına rəsmiləşdirildiyi üçün demək olar ki, heç kimə məxsus deyillər. Medvedevin varidatını onun dostları, qrup yoldaşları və etibar etdiyi adamlar idarə edir», araşdırmada deyilir.