
Tramp 5 faizin təsdiqini gözləyir
ABŞ NATO iclasında Avropa və Kanadadan planlaşdırmanı eşitmək istəyir
ABŞ NATO iclasında Avropa və Kanadadan planlaşdırmanı eşitmək istəyir
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Hakan Fidana sui-qəsdin təfərrüatları ortaya çıxdı
... Və yaxud, terrorçu hara, siyasət hara?
Təkanlar 3,8 bal gücündə olub
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Stalin şalvarında və “sapoq”unda
«Türkiyə bu sıralarda, təəssüf ki, Avropa yolunda irəliləmir, tam əksinə, Avropadan uzaqlaşır». Strateq.az xəbər verir ki, bu sözləri AB Komissiyasının Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Cohannes Hahn bildirib.
Almaniyanın xəbər agentliyi DPA-ya açıqlamasında komissar Türkiyənin bu mövqeyinin birlik tərəfindən ona ayrılan maliyyə yardımlarının dayandırılmasına yol açdığını da etiraf edib. Onun fikrincə, bu yardımlar qatı şərtlərə bağlıdır və hazırda həmin şərtlərin yerinə yetirilib-yetirilmədiyi təftiş olunur: «2014-2020 illəri arasında Türkiyəyə 4 milyard 450 milyon avro ayrılması planlaşdırılmışdı. İndiyə qədər isə bunun yalnız 167 milyon 300 min avrosunu ödənilib».
Komissarın dediyindən belə çıxır ki, Avropa ölkələriylə inadlaşan Ankaranın bu mövqeyi növbəti 3 ildə onun təkcə AB yardımı çərçivəsində 4 milyard dollardan çox vəsait itirməsiylə nəticələnəcək. Namizəd ölkələrə ayrılan yardımların üzvlüklər dayandırıldığı təqdirdə təxirə salındığını xatırladan Hahn, hələ ki, Türkiyə ilə dialoq kanallarını bağlamaq istəmədiklərini də etiraf edib. Bununla belə, indi gəlinən nöqtənin nəticə etibarilə üzvlük müzakirələrinin dayandırılmasına bərabər olduğunu bildirən komissar deyib: «Son zamanlar aparılan müzakirələrdə yeni mövzu başlıqları açılmadı. Bu səbəbdən də müzakirələr faktiki olaraq dayanma nöqtəsinə gəldi».
Komissar Avstriya Baş naziri Kristian Kernin Türk hökumət üzvlərinin AB ölkələrində seçki fəaliyyətlərinə qatılmasının qadağan edilməsi təklifinə də münasibət bildirib. «AB ölkələrində xarici siyasi partiyaların hansı tədbirlərdə, necə iştirak edəcəyi ilə bağlı qərarın üzv ölkələrin özü tərəfindən verilir»- deyən Hahna görə, «bu məsələdə həyata keçirilən siyasətlər fərqlilik göstərə bilər».
Qeyd edək ki, Almaniya və Hollandiya kimi dövlətləri Türk rəsmilərinin Avropadakı soydaşları arasında prezidentlik üsul-idarəsi ilə bağlı keçirilən referendum təbliğatına qadağa qoymuş və bu da rəsmi Ankara tərəfindən faşizm kimi qiymətləndirilmişdir. Xüsusilə Rəcəb Tayib Ərdoğanın populist çıxışları münasibətlərin daha da gərilməsinə yol açmışdır. Bir müddət əvvəl isə AŞPA-nın Təftiş komissiyası Türkiyənin ittifaqdakı statusunu AB-liyinə üzvlüyə namizəddən təftiş mərhələsinə endirmişdi. Bu isə Türkiyənin Azərbaycan, Ermənistan, Rusiya kimi qeyri-demokratik post-sovet ölkələriylə eyni cərgədə görülməsi mənasına gəlir.