Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
14:46 | 16 mart 2017 | Cümə axşamı
Məqaləyə 3007 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Qiymətli metal 4.185 dollara yüksəldi
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot stavkasının artırmasına baxmayaraq manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar, artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqey də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manat çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir.Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Təbii ki, manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır. Manatın məzənnəsi necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər?
Gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə o zaman növbəti aylarda da Beynəlxalq Bank da hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyili asan olacaq. Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək və belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq.
Liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib. Bu isə o deməkdir ki, oxşar təcrübə bizdə də təkrarlanarsa o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq mümkündür. Bu milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı isə manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır.
Bəs, hansı halda dollar yenidən möhkəmlənə bilər? Dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər. Yəni, əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa bu yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil.
Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq manatın yenidən ucuzlaşmasının qarşıının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda psixoloji üstünlük manatın tərəfindədir.