
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Navalnayanın təzyiqi nəticə verdi
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Rusiyalı siyasətçi, hazırda Putin rejiminin ən sərt və populyar müxalifətçisi hesab olunan Aleksey Navalnıya qarşı hücum olub. Musavat.com Rusiyanın «Novaya gazeta» saytına istinadən xəbər verir ki, Aleksey Navalnı özünün təsis etdiyi «Korrupsiyaya qarşı mübarizə fondu»nun yerləşdiyi binadan çıxarkən naməlum şəxs onun üzünə yaşıl maddə atıb.
Bu barədə Rusiyalı müxalifətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.
Onun sözlərinə görə, Aleksey Navalnı gözündən ağır zədə alıb və onun üçün təcili yardım çağırılıb.
Qeyd olunur ki, Aleksey Navalnının və digər rus müxalifətçilərinin məruz qaldığı ilk belə hücum deyil. Bu ilin martın 20-də Aleksey Navalnı Barnaulda seçki qərargahının ofisini açdığı zaman eyni hadisə ilə üzləşmişdi.
Bundan başqa Rusiyanın digər müxalifətçisi, blogger İlya Varlamovun da sifəti Stavropolda «yaşıllanmışdı».
2016-cı ilin aprelində isə Putin rejiminə qarşı gələn yazıçı Lyudmila Ulitskayanın üzünə yaşıl maddə çırpmışdılar.
Xatırladaq ki, Aleskey Navalnı vaxtaşırı Putin rejiminin korrupsioner mahiyyətini ifşa edən materiallarla çıxış edir. Onu Rusiyanın baş naziri Dmitri Medvedevin dəbdəbəli həyatı, müxtəlif ölkələrdəki villaları və ağlasığmaz sərvəti ilə bağlı hazırladığı son sənədli film Rusiyada böyük hay-küyə səbəb olmuşdu. Navalnının tərəfdarları hətta Rusiya Federasiyasının 80-dən çox şəhərində effektli etiraz aksiyalarını keçirməyə müvəffəq olmuşdular.
Bu səbəbdən hazırda məhz Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin ən böyük rəqibi hesab edilir.
Rusiyalı müxalifətçi müxtəlif bəhanələrlə seçkiyə buraxılmır.
Rusiyanı yaxşı tanıyan bəzi siyasi ekspertlər başqa siyasi xadimlərin başına gətirilən hadisələrlə müqayisədə Navalnıya qarşı edilən bu hərəkətin əslində kiçik xəbərdarlıq olduğunu qeyd edirlər.