vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
«İnflyasiya zəifləyəcək» 20:10 | 1 may 2017 | Bazar ertəsi Məqaləyə 1847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnflyasiya zəifləyəcək»

BMT-dən Azərbaycanla bağlı proqnoz

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.

APA xəbər verir ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2 faiz, 2018-ci ildə isə 1,2 faiz artacağını güman edir.

Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: «Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9 faiz və 5,8 faiz göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir».

Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər. «Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir», - deyə hesabatda qeyd olunub.