
Azərbaycan neftinə yeni marşrut
“Sarmatia” kəməri qara qılımızın Avropaya tədarükü üçün əlverişlidir
“Sarmatia” kəməri qara qılımızın Avropaya tədarükü üçün əlverişlidir
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
Ermənistanın və Rusiyanın Azərbaycana qarşı əsas şantaj aləti əldən çıxır
Azərbaycan BTC-ni və Mingəçevir SES-i İsrailin ən məşhur silahı ilə qoruyacaq
Azərbaycana və Türkiyəyə qarşı ən təsirli rus silahı
Autsayder dövlətin gələcəyi böyük sual altındadır
ABŞ-ın vitse-prezidenti Azərbaycanın liderliyindən danışıb
... yaxud Azərbaycanın kürəyinə saplanan xəncər
«ABŞ Azərbaycanda iğtişaş yaratmaq istəmir»
«Ərdoğanın səfərini ilk növbədə Rusiyaya «Azərbaycan tək deyil» mesajıdır»
Krım böhranının ardınca Qərbin diqqəti Bakıdan ötürülən enerjilərə yönəlib
Neftin daşıma xərcləri artdı, SOCAR yeni müqavilənin detallarını hələlik açıqlamır
Keçən illə müqayisədə 0,3 faiz azalaraq...
Kəmərdən yanvar-noyabr aylarında qonşu ölkənin ciddi həcmdə yanacağı axıb
Egemen Bağış: «Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib»
Bu ilin yanvar-aprel ayları ərzində magistral neft kəmərləri ilə 13 931,4 min ton neft nəql edilib. «Report»un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,1 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 880,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 118,1 min ton tranzit nefti də nəql edilib.
Bu ilin ilk 4 ayı ərzində magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz azalıb. BTC ilə nəql illik müqayisədə 7 faiz azalıb, tranzit neftinin həcmi isə 31 faiz artıb.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan «AÇG» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
«BTC Co.»-nun səhmdarları rolunda BP (30,10%), «AzBTC» (25,00 faiz), «Chevron» (8,90 faiz), «Statoil» (8,71 faiz), TPAO (6,53 faiz), «Eni» (5,00 faiz), «Total» (5,00 faiz), «Itochu» (3,40 faiz), «Inpex» (2,50 faiz), CIECO (2,50 faiz) və «ONGC (BTC) Ltd.» (2,36 faiz) şirkətləri çıxış edir.