vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9479 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2135 AZN
Türk lirəsi 1 TRY = 0.3020 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
17:25 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Unibank» ipoteka faizini endirdi ...

... ki, hər kəsin mənzili olsun

MÖVZU İLƏ ƏLAQƏLİ

«Unibank» ipoteka kreditlərinin faizini aşağı saldı. Indi «Unibank»a müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 7 faizlə əldə edə biləcəklər. İllik faiz dərəcəsinin 8 faizdən 7 faizə endirilməsi aylıq ödənişləri aşağı salmaqla, ümumi kreditin məbləğini də daha sərfəli edəcək. Bir müddət əvvəl isə «Unibank» ipoteka kreditlərində ilkin ödənişi xeyli aşağı salıb. İndi bank filiallarına müraciət edənlər, evin ilkin ödənişinin 20 faizini etməklə illik 7 faizlə 100 min manatadək ipoteka krediti götürə bilərlər.

Qeyd edək ki, «Unibank» 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl «MİDA» MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.

İpoteka kreditləri «Unibank»ın Bakıda «17 saylı» («Sahil») filialında, bölgələrdə isə «Sumqayıt» və «Kəpəz» filiallarında ayrılır.

«Unibank»ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından «Unibank» Mobile əlavəsinə daxil olaraq, «hökumət ödənişləri» bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

«Unibank» - hər kəsin bankı!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *