vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
23:28 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnşaat başa çatır, ...»

«... gələn il istehsala başlayırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Karbamid zavodunda inşaat işləri başa çatmaq üzrədir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Beynəlxalq Neft Sammitində deyib.

R.Abdullayev qeyd edib ki, ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir: «SOCAR da bu inkişafa dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də Karbamid zavodunun inşasıdır. Layihənin əsas məqsədi SOCAR-ın təbii qaz resurslarından xammal kimi istifadə etməklə ölkədə kənd təsərrüfatının azot gübrəsinə tələbatını ödəmək və əlavə ixrac potensialı yaratmaqdan ibarətdir. Hazırda zavodda inşaat işləri başa çatmaq üzrədir. Gələn il istehsala başlamağı planlaşdırırıq».