vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
18:56 | 2 yanvar 2018 | Çərşənbə axşamı Məqaləyə 3069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İqtidardakılar manekenlərdir»

Keçmiş erməni siyasi məhbus: «Ermənistanı «gəzəyən arvad» kimi damğalayıblar»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanda qeyri-müəyyənlik yoxdur. Burda hər şey həll olunub. Kriminal oliqarxiya da özünə möhkəm yer edib. Hakimiyyət isə irsən ötürülməyə başlayıb». Bu sözləri Lragir.am saytına müsahibəsində keçmiş deputat və siyasi məhbus Azat Arşakyan söyləyib.

Onun sözlərinə görə, ilk növbədə özümüzə belə bir sual vermək lazımdır ki, «erməni xalqı öz ölkəsində hakimiyyət formalaşdırmaq imkanındadırmı?» Arşakyan bunu istisna edir: «İqtidardakılar manekenlər, əlaltılardır. Onların qərarlarının qara qəpiklik də əhəmiyyəti yoxdur, çünki hakimiyyətlərinin mənbəyi erməni xalqı deyil. Onlar əlbəttə, narahatdırlar ki, görəsən hakimiyyətdə saxlanacaqlarmı? Bu mənada Rusiyadakı mart seçkilərinin və Rusiya dövlətinə qarşı sanksiyaların çox mühüm önəmi var. Həmin sanksiyalarda xüsusi qeyd olunur ki, Rusiya imperiyası qonşu dövlətlərin suverenliyinə qəsd edir, orada özünə sərfəli hakimiyyətlər və rejimlər qurmağa çalışır».

Daha sonra Ermənistanda iqtisadi tənəzzülün davam etməsinə diqqət çəkən eks-deputat Sərkisyan rejiminin ölkənin iqtisadi inkişafına qarşı olduğunu deyir. «Qonşu Türkiyədə iqtisadi artım 11.5 faiz olub. Ermənistanda isə 6 faizi uğur adlandırırlar. Bu, o deməkdir ki, bu adamlar istəyirlər ki, biz düşməndən geri qalaq və aciz durumda olaq. Onlar imperiyaya qulluq edirlər. Əks halda, çoxdan hakimiyyətdən kənarlaşdırılmışdılar», - deyə o qeyd edib.

Sabiq siyasi məhbus hesab edir ki, Ermənistandakı indiki hakim qüvvə ölkəni baş tutmayan dövlətə çevirməklə məşğuldur: «Erməni xalqı isə müasir dövlət olmaq istəyir. İndi isə avropalılar deyir ki, əməkdaşlığa hazırdırlar, onlar Ermənistanın timsalında yaxşı tərəfdaş görürlər. Rusiya Ermənistandan əl götürməli, onun müstəqilliyini tanımalıdır. Ayrılmanın, boşanmanın səbəbi artıq elan edilib – bizi «gəzəyən arvad» adlandırıblar. Bu isə boşanmaq üçün başlanğıc və əsasdır».