vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
22:30 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sahil» metrostansiyası iyulun 1-də açılacaq

Növbədə «Xətai»dir ...

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun «Sahil» stansiyası bu il iyulun 1-də təhvil veriləcək. Bu barədə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir: «Yaxın vaxtlarda Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır».

«Sahil» stansiyası təhvil verildikdən sonra «Xətai» stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədəd xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, «Sahil» stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.