vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
20:54 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu layihə Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir”

“Önümüzdə yeni uğur hekayələri var”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı”.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimində deyib.

Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur.

Mərasimə Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri qatılıblar.

Prezident İlham Əliyev XXI əsrin ən böyük layihələrindən birinin reallaşmasında Türkiyənin xüsusi rolunu vurğulayıb: “Türkiyə hazırda dünya gündəliyini müəyyən edir. Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.

“Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq”. Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışı zamanı deyib.

O vurğulayıb ki, enerjinin “İpək yolu” adlandırılan TANAP layihəsinin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılıqlı etimada söykənən əlaqələr sayəsində mümkün olub.

Türkiyənin dövlət başçısı bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər: “Lakin biz Azərbaycanla birlikdə səbir etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.