
İngiltərədən PUA-lara qarşı addım
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Rusiyalı oliqarx Abramoviç futboldan getdi
İngiltərədə məşğulluq kəskin şəkildə azalır
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
Britaniyanın millət vəkilləri Avropa İttifaqından rəsmi çıxış gününün təxirə salınması üçün müraciət edilməsi barədə qərarı qəbul ediblər. Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına yalnız 15 gün müddətin qaldığı bir vaxtda keçirilən parlament sessiyasında “Brexit”in ləngidilməsi üçün müraciət qərarı İcmalar Palatasında 412-202 nisbətində qəbul olunub.
Martın 14-də qəbul edilmiş qərarda deyilir ki, parlament ittifaqdan çıxışa dair Brüssellə əldə olunmuş razılaşmanı gələn həftə qəbul edərsə, onda Avropa İttifaqından martın 29-dan başlayaraq daha üç ay möhlət istənəcək.
Məsələ burasındadır ki, Britaniya parlamenti baş nazir Tereza Meyin təklif etdiyi həmin sazişi artıq iki dəfə rədd edib. Hökumət bildirir ki, baş nazirin Brüssellə razılaşdırdığı bu saziş təklifi üçüncü dəfə də rədd edilərsə, onda ölkənin Avropadan çıxışı daha uzun müddətə təxirə salınacaq. Britaniyanın ittifaqdan çıxışı müddətinin uzadılmasına Avropa İttifaqının 27 üzvü razılıq verməlidir.
Günün əvvəlində Britaniya parlamenti ən azı hazırda yeni Avropa referendumunun keçirilməsinə dair təklifi rədd edib. Bu təklifin əleyhinə 334, lehinə isə 85 səs verilib.