
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. “Euronews” ilkin olaraq 44 namizədin qeydiyyatdan keçdiyini, amma onların sayının artıq 39-a düşdüyünü yazıb. Son rəy sorğuları namizədlərin heç birinin çoxluğu qazana bilməyəcəyini göstərir və bu da aprelin 21-də seçkinin ikinci raundunun mümkünlüyünü ortaya çıxarır.
2014-cü ildə rusiyapərəst Viktor Yanukoviç devriləndən sonra ölkədə növbədənkənar seçki keçirildi və martın 31-də ilk dəfə olaraq ümummilli seçki baş tutur.
İndiki prezident Petro Poroşenko 2014-cü il mayın 25-də səslərin 55 faizini qazandı. O, Ukraynada sülh, Donbas regionunun reinteqrasiyası, struktur islahatları, qərbi Avropayla daha sıx assosiasiya vəd etdi.
Bunlardan bəzilərini gerçəkləşdirə bilsə də, ölkənin şərqində münaqişə davam edir. 2014-cü ildə Krım regionunu ilhaq edən Rusiya buradakı separatçıları dəstəkləyir. Görünür, yeni prezidentin siyahısı da problemlərdən əskik olmayacaq.
Hazırda seçki marafonunun lideri komediya ustası Vladimr Zelenski sayılır, onu 25 faiz dəstəkləyir. “Euronews” yazır ki, bu reytinq ukraynalıların çoxunun məyusluğunu, hakimiyyətdəki siyasətçilərə inamsızlığını göstərir. Zelenskini güclü oliqarxlardan sayılan Iqor Kolomoyski dəstəkləyir.
Son rəy sorğuları Prezident Poroşenkoya dəstəyin 17 faiz, keçmiş baş nazir Yulya Timoşenkoya isə 18 faiz olduğunu üzə çıxarıb.
Vətəndaş Mövqeyi partiyasının lideri, keçmiş müdafiə naziri Anatoli Xristenkoya dəstək 10,3 faizdir. Devrilmiş prezident Viktor Yanukoviçin dostu Yuriy Boykoya dəstək 10 faizə yaxındır. O, Rusiyaya meylli çoxsaylı partiyalardan birini təmsil edir.