
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
“50-dən artıq siyasi məhbusun buraxılması yanvardan başlayaraq, görməyə öyrəşmədiyimiz hadisə, oxumağa öyrəşmədiyimiz xəbərlər içində növbətisi idi. İlkin, Bayram və Qiyasın da azad edilməsi qisasçı yolun yox, barışıq yolunun seçildiyini göstərən növbəti addımdır”.
Bu sözləri siyasi fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı barədə yazıb.
O, sosial şəbəkə hesabından Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bağlı bunları qeyd edib:
“Mən yanvarda, fevralda “Prezident “tutaq, basaq içəri” deyənləri yox, problemləri dinləməyi və həll etməyi məsləhət görənləri dinləyir” deyəndə, tənqid edənlər, irad bildirənlər vardı. Amma bir şey bilirdim, görürdüm, hiss edirdim ki, deyirdim.
Bir şeyi də qeyd edim. Çoxları bilmir, amma bu müsbət proseslərin, yumşalmanın arxasında həm də Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım dayanır. Ona və ölkə başçısına köhnə və yeni komandadan bir neçə nəfər dayaq olur. Daxildən və xaricdən mane olanlar olmasa, bu proses belə də davam edəcək.
Ümid edək ki, adlarını axtardığımız və tapmadığımız Seymur Həzi, Əfqan Muxtarlı, Fuad Əhmədli, digər siyasi məhbuslar da məhkəmə yolu ilə ən qısa zamanda ailələrinə, sevdiklərinə qovuşacaq”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 431 nəfərə şamil olunub.