vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
18:48 | 5 may 2019 | Bazar Məqaləyə 1977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhani həbs edildi

İran prezidentinin qardaşı fırıldaqçılıqda və korrupsiyada təqsirləndirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin həbsə məhkum edilib. İqtisadi fırıldaqçılıqda, korrupsiyada və banklardan aldığı külli miqdarda borcu qaytarmamaqda günahlandırılan Hüseyn Firudin, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

İran hökumət saytlarının yaydığı xəbərə əsasən, ilkin məhkəmənin çıxardığı həbs qərarı qəti deyil və prezidentin qardaşı apelyasiya şikayəti verə bilər. Hüseyn Firudinin adı bundan əvvəl dövlət banklarından iri məbləğdə kredit götürən şəxslərin siyahısında qeyd edilmişdi. Ona qarşı çıxarılan həbs müddəti açıqlanmayıb.

Qeyd edək ki, Hüseyn Firudinə qarşı irəli sürülmüş ittihamlar üzrə fevralın 19-da ilkin məhkəmənin qapalı iclası keçirilmişdi. Həsən Ruhaninin qardaşı ilə birlikdə digər 4 dövlət işçisinə qarşı da maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilmişdi.

Hüseyn Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İran məhkəməsinə çağırılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi. Lakin girovu təqdim edə bilmədiyindən, həbs edilmişdi. 1 gün həbsdə qaldıqdan sonra o dövr İranın səhiyyə naziri Hüseyn Firudinin azad edilməsi üçün 50 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.

Xatırladaq ki, Hüseyn Firudin İran Prezidenti Həsən Ruhaninin həm qardaşı , həm də prezidentliyinin ilk illərində müşaviri olub. O, Tehranla 5+1 ölkələri arasında nüvə müzakirələrində də İran nümayəndə heyətinin tərkibində təmsil olunub.