vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
18:22 | 3 avqust 2019 | Şənbə Məqaləyə 2106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın sonu gəlir?

Planetin ən böyük buz adası da əriməyə başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün dünyaya təsir edən yüksək temperatur artıq Qrenlandiyanı belə əritməyə başlayıb. İrihəcmli buzlarla örtülü olan Qrenlandiyada 197 milyard ton buz əriyib.

Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiyanın səthinin 82 faizi buzlarla bağlıdır.

Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5  gün içərisində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür.

Mərkəzdən onu da bildiriblər ki, son dörd ayda buzların əriməsi daha da sürətlənib.