vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
10:26 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qar pıçıltısı

«Mənim nə günahım var idi ki, …?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Hava pıçıldamağa başlayır... Hər kəsə öz havasını. Kasıbın nigaran, harının qudurğan baxışları havaya dikilib.

Titrəyə-titrəyə məktəbə gedən uşağının soluxmuş çöhrəsini yadından çıxara bilməyən kişi yarandığı günə lənət oxuya-oxuya işə tələsir. Sonra asi-asi düşündüyü üçün Allaha yalvarır və dua edir ki, heç olmasa, övladı məktəbdən dönənə qədər qar yağmasın, körpənin ayaqları islanmasın. 

Uşağın məktəbdən soyuq mənzilə qayıdacağı yadına düşəndə, buz kimi otaqlarda əlinə keçən isti sayılan nimdaş paltarları geysə də titrəyə-titrəyə var-gəl edən qadının xatırlayanda yenidən qeyri-ixtiyari asiyə çevrilir. Ona vəd olunan cənnəti də söyür, əzabı ilə qorxudulduğu cəhənnəmi də.

Səhər isti evdən çıxıb soyuq avtomobilinə minən harın xəstələnib işə çıxa bilməyən sürücüsünü söyə-söyə bəxtsiz olduğunu düşünür. Bəxti olsaydı, sürücüsü xəstələnməz, işə çıxardı və harın səhər-səhər qızdırılmış maşına minərdi. Allaha «Mənim nə günahım var idi ki, belə fərsiz işçi qismət etdin mənə?» sualını verərək sürücünü dəyişmək qərarına gəlir. Sonra Allahı qınadığına görə yaradana yalvarır və qarşısına çıxan ilk dilənçiyə 20 qəpik verəcəyini vəd edir. Dua edir ki, qar yağsın. Axşama xəngəl yeyəcəklərini dostlarla dünəndən vədələşib. Qar yağması üçün bir manatlıq nəzir deyir. Qarajdan çıxanda isə guya tələsdiyindən mühafizəçiyə pul verməyi «unudur»».