

«Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Latviyanın «airBaltic» milli aviaşirkətini almaq istəyir. Lent.az-ın Latviya mətbuatına istinadən verdiyi məlumata görə, «airBaltic» aviaşirkətinin potensial alıcıları arasında «Turkish Airlines», «Qatar Airways, «Hainan Airlines» aviaşirkətləri də var.
Ancaq potensial alıcılar arasında AZAL-ın şansı yüksək dəyərləndirilir. «Pietiek.com» saytı yazıb ki, bu məsələ keçən ilin noyabrında Latviyanın baş naziri Valdis Dombrovskisin Bakıya səfəri zamanı da müzakirə olunub. Latviya hökumətindəki mənbələr hələlik AZAL-la danışıqların ideya mərhələsində olduğunu və aviaşirkətin satışı ilə bağlı məbləğin irəli sürülmədiyini bildirib.