«Nümunəvi» qardaşlıq, yoxsa...
Abimiz harda yanlışımızı gördü ki, bizi «cəzalandırmaq» fikrinə düşdü?
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
Super güclər oyuncaq oynatmağı o dərəcədə sevirlər ki, baş aldatmaq onların əlində heç nədir. Nə vaxta qədər Bağdadda kor xəlifə olacaqları da bəlli deyil. Həftənin hesabatını təqdim edirəm.
Siz savaşa, biz tamaşa
Seçki ili yaxınlaşdıqca bizim müxalifətin meydançasında ilin-günün bu vaxtı «bülbüllər» oxuyur. Meydana iddialı addımlarla irəliləyən namizədlər, kim bilir, indi nə xəyallar qurublar. Xəyalların bir ucu sanki Avropa sərhədlərində növbə gözləyir. Buna ümid növbəsi deyirlər.
Bir tərəfdən də köhnə haqq-hesab yeni təqdimat kimi «fontan vurur». Nə var nə var 14 il bundan öncə AXCP sədri Əli Kərimli AMİP lideri Etibar Məmmədovu dəstəkləyərək Azərbaycana ən böyük zərbə vurub. Hər halda belə iddialar səsləndirirlər.
Üstəlik, Əli Kərimli və Etibar Məmmədovun fotolarını paylaşaraq, onları hakimiyyətlə ittifaqa girməkdə təqsirləndirib. Bunu mən demirəm ha! Müsavat üzvü Kərim Kərimlinin bu statusu tərəfləri üz-üzə qoyub. Azərbaycan Milli istiqlal Partiyası da Etibar Məmmədovu hərtərəfli şəkildə müdafiə edərək deyib ki, onların belə fikir səsləndirmələrinə nə mənəvi haqları, nə də sifətləri çatır. Nəyin çatmadığını demək müşkül məsələdir. Amma hədəfə çatmaq istəyən kimlərsə, mütləq var.
Seçki ili yaxınlaşır axı. Gərək partiya üzvləri bir-birlərinin bostanına daş ata. Kimin bostanı zəif olacaqsa, hər kolun dibindən bir etiraz səsi ucalacaq.
Nə məsələdirsə, biz səsimizi ucaltdıqca qardaş dediyimiz türk abilərimiz daha böyük səhvlərə yol verir. Birinci hal olsa, «dərd yarıdır» deyib sayğı ilə böyüklüyünə bağışlayarıq. Amma hal təkrarlanarsa, böyük hesab etdiyin abinin bir neçə dəqiqəlik gözünün içinə baxmaq həvəsi keçər könlündən. Görəsən, türk abim harda yanlışımızı gördü ki, məni «cəzalandırmaq» fikrinə düşdü? Bax məqam da budur.
Bir ölkənin mətbuatı həm də dünyaya açılan pəncərədir. O pəncərədə sənin ruhsal dünyandan tutmuş məramın da, niyyətin də «gözə girir». İndi bu «qardaşımızın» bəlli məramı, niyyəti necə gözümüzə girməsin?!
Türkiyənin «Sabah» qəzetinin köşə yazarı Mövlud Tezeldən söhbət gedir. «Qarabağ» – «Atletiko» oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə adıçəkilən qəzetdə çıxış edib. Müəllif «Ezik kareoqrafi» adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza «Qarabağ» sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli görüntü adlandırıb.
Maraqlıdır, əzikliyimiz, fağırlığımız nədədir ki, türk abimiz bizi görən kimi qəhqəhə çəkib?! Bəlkə, bu fağır, əzik «smaliklərin» sətiraltı mənasında türk yazarın fərqli niyyəti yer alır?! Bəlkə, atəşkəs dövrünün ən əzik, ən fağır insanları demək istəyib?! Niyə də olmasın?! «Nə mutlu erməniyəm deyənə» ifadəsi uzaq tarixin qılınc yarası deyil. Bir müddət əvvəl Türkiyə kanallarında yayımlanan bu sosial çarxla bağlı da etiraz etmişdik. Bəs sonrası nə oldu?! Üzərindən 3 ay keçir, bizə növbəti «qardaşlıq» nümunəsi göstərir.
Bir italyan, polyak mətbuatı tariximizlə, dövlətimizlə bağlı kobud ifadələr işlətsə, hardasa, başa düşmək olar. Nə dili dilimizdəndir, nə də dini dinimizdən. Di gəl ki sıx bağlılığımız olan Türkiyədə Qarabağ mövzusuna hər dəfə dırnaqarası baxılır. Və hər səfərində də baş verən hadisənin içində erməni izi axtarmağa başlayırıq.
Görünür, ya ermənilərin ürəklərindən tikan çıxartmaq üçün ən əlverişli mühit Türkiyədir, ya da nifrət bəsləyən bəzi türklər ki var, qrup şəklində bizə qarşı yetişdirilir. Yoxsa, bu boyda nifrətə sahibdirlərsə, niyə qardaşlıq kürsüsündə oturmaq istəsinlər ki?! Amma bunlar bir elementdir, nəticədə biz həqiqətən də bir millətik, qardaşıq. Amma bu qardaşlığa zərbə vurmaq istəyənlər də meydana çıxır. Nə edək, dünyanın yazılmamış qanunlarında bu hallar olur!
Digər bir məqam isə «abilər»imizin kobud səhvlərindən dolayı üzr istəmələridir. Biz də bağışlayırıq, yaddan çıxıb gedir. Həm də sivil dövlətlər sivil qaydalarla idarə olunur axı. Görünən odur ki, siçan-pişik oyununda onlar daha zəkidir. Yəni biz sizi saymadığımız üçün təkrar səhvlər edirik. Siz də təvazökarlığınızdan dolayı mərhəmətli olub bizi əfv etməklə fağır duruma düşürsüz. Ona görə də üz istəyib bağışlamağımızla işi bitmiş hesab etməyək. Vergül qoyub yola davam etmək lazımdır.
Saakaşvilinin idarəçilik mexanizmi harda qurulacaq orda da...
Saakaşvilinin də Ukrayna sevgisi bitmir ki, bitmir. Görünür, bu Mişa Ukraynanı ya məhv edəcək ,ya da ağ günə çıxaracaq. Hələ ki, Kiyev küçələrində meydan sulamaqla məşğuldur.
Nədənsə Mişaya kabinet adamı olmaq yaramır. 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi zamanı rusun top-tüfənginin altında bərkiyən Saakaşvili, bu gün özgə dövlətdə idarəçilik mexanizmi qurmağa hazırlaşır.
Yola saldığımız həftə Kiyevin küçələrində mitinq keçirib. Ali Radanın qarşısında keçirilən mitinqdə etirazçılar tərəfindən deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinin dəyişdirilməsi və anti-korrupsiya məhkəməsinin yaradılması tələb edilib. Deyəsən, Mişanın çılğın davranışları və cəngavər görkəmi öz bəhrəsini vermək üzrədir. Yoxsa Ali Rada deputat toxunulmazlığının ləğvini Konstitusiya Məhkəməsinə təqdim etməzdi. Üstəlik seçki qanunvericiliyini də nəzərdən keçirməyə başlayıb. Belə davam etsə, karyerası dövründə uğurlu fiqur olmağı bacarmayan Poroşenko kreslosunu Mişaya ərmağan edəcək. Hər halda, ukraynalıların Poroşenkonu itirməsi Luqansk və Donetski itirmək qədər önəmli deyil.
Həm də baş verənlər onu deməyə əsas verir ki, sanki Ukrayna analıq məzuniyyətindədir. Sanki yeni inqilab dünyaya gətirmək istəyir. Bəs biçarə Poroşenko neyləsin? Rusiyanın sevimlisi olmağı bir türlü bacarmadı. Bu arada, keçmiş baş nazir olan xanım Timoşenko Saakaşvilinin yanında olduğu və onu dəstəklədiyi kimi görünür. Təbii, bu bir görüntüdür. Kim zəmanət verə bilər ki, Timoşenkonun Mişaya yaxınlığının arxasında xəyanət gizlənməyib?! Ehtimallara görə, Poroşenkonu heç zaman sevməyən Kreml, xanım Timoşenoya «möhtərəm rəhbər» gözü ilə baxır. Hər halda, Kremlin sevgisindən Timoşenko xəbərdardır.
Belə olan təqdirdə, onun Mişanı dəstəkləməsi heç də səmimi deyil. Amma Mişa da sərhədləri xəritədə dəqiq göstərməyi bacaran siyasətçidir. Dediyim kimi, Mişa rusun gülləsini başının üzərindən keçirib havada oynadan adamdır. O Timoşenkonun saxta yaxınlığını çoxdan «saf-çürük» edib.
Necə deyərlər, indiki məqamda Saakaşvilini Timoşenko maraqlandırmır. Tələblərinin gerçəkləşməsi istiqamətində həm də Rusiya ilə vuruşur. Gözləyək, görək Saakaşvili növbəti həftə nə edəcək?!