«Hə» və «yox»un sonu
Kvant kompüterləri dövrünə doğru «daha bir addım atılıb»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sistemdəki nasazlıq ölkəni iflic etdi
Uçuşlar ləğv edildi, xidmətlər dayandırıldı
-
İnternet asılılığı uşaqlara mənfi təsir edir
DST kompüter oyunlarından asılılığı psixi pozğunluğun növü kimi tanıyıb
-
Yatmırlar, yemirlər ...
İki ildə 7700 saat “Fortnite” oynayan uşağın valideyni kompüter oyunları şirkətini məhkəməyə verdi
-
Valideynlər, DİQQƏT!
Uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
-
Hər gün artan xəstəlik - miopiya
Açıq havada vaxt keçirmək uşağınızın gözü üçün niyə faydalıdır?
-
Qələm? O nəyə lazımdır?
Əllə yazmaq bacarığı məhv olurmu və ya olacaqmı?
-
Uşaqlarınızı «Mavi Balina»dan qoruyun
Valideynlərin DİQQƏTinə!!! Yeniyetmələri intihara məcbur edən virtual oyun Azərbaycanda da yayılır
-
Partlayıcının qoxusunu hiss edən kompüter
Süni intellekt araşdırmaların böyük qismi neyronların fəaliyyətlərini yamsılamağa yönəlib
-
Uşaqlar və internet
Balacaların hüquqlarını müdafiə edən qurumlar onların onlayn olma vaxtını ixtisar etməyə səsləyir
-
«WannaCry» epidemiyası...
Fayllara virus düşübsə nə etməli...
-
Yeni təhlükə - «VannaCry»
Virus oğurlanan faylların əvəzində pul tələb edir
-
Gündə 257 dəqiqə
Kompüterin uşaqlara faydası var, ... amma
-
Dağınıq beyin sindromundan əziyyət çəkirsiniz?
Eyni anda bir neçə tapşırığı yerinə yetirmək effektiv olmasa da, başqa cür mümkün deyil
-
«İnternet dövründə fanatizm»
İnsanın ürək dolusu yaşaya bilməməyi min bir bəla törədir
-
Noutbukların da sonu gəlir…
Azərbaycanın kompüter bazarını Çin məhsulları «işğal» edib
-
Dünyanın ən təhlükəli hakerlərinin adları açıqlandı
Siyahıya rusiyalı Aleksey Belan başçılıq edir
Kvant hesablamalrı texnologiyası silisium əsasında hazırlanmış proqramlaşdırılan kvant prosessoru sayəsində daha bir addım irəliləyib.
Elmi qrup mikrodalğalı enerji vasitəsilə silisium nümunəsinin daxilində hərəkət edən iki elektronu sinxronlaşdırdıqdan sonra, onlardan yoxlama hesablamalarının aparılması üçün istifadə edib.
Alimlər ümid edir ki, silisiumdan istifadə kvant kompüterlərinə nəzarəti və onların istehsalını asanlaşdıracaq.
Tədqiqatın nəticələri «Nature» jurnalında dərc olunub.
Kvant nəzəriyyəsi əsaslarının təfsirində «Skrödinqer pişiyi» adlı məsəldən tez-tez istifadə olunur.
Həmin məsələnin məğzi çox qısa şəkildə belə təsvir oluna bilər: Qapalı otaqda 50/50-yə ehtimalı ilə çəkic zərbəsinə məruz qalacaq və öldürücü zəhərli maddə ilə dolu olan bir şüşə qabı var, həmin qabın yanında isə bir pişik oturub.
Alman fiziki Ervin Skrödinqeyin (Erwin Schrödinger bu məsələylə bağlı qoyduğu sual belədir: görəsən, otaqdakı pişik ölüdür ya diri?
Klassik fizika üçün burada bir problem olmadığı halda, yəni, qapını açıb pişiyə baxmaqla məsələ həll olunursa, kvant fizikasında pişik eyni zamanda həm ölü, həm də diri sayılır.
Bu məsəl kvant fizikası üçün xarakterik və olduqca vacib olan superpozisiya konsepsiyasının - yəni, hansısa bir obyektin eyni zamanda iki vəziyyətdə mövcudluğu mümkünlüyünün izahı üçün istifadə olunur.
Kvant hesablamalarının üstünlüyünü və potensial imkanlarını digər üsullardan da fərqləndirən məhz superpozisiya prinsipidir.
Standart kompüter prosessorlarında informasiya paketi və ya informasiya biti yalnız bir vəziyyətdə ola bilər: «hə» və ya «yox» vəziyyətində.
Kvant prosessorları isə fərqlidir.
Onlar yalnız «hə» və ya yalnız «yox» daşıyıcıları kimi işləmək əvəzinə, demək olar ki, sürrealist görünə biləcək, eyni anda həm «hə», həm də «yox» statuslu informasiya daşıyıcıları məkanında işləyir.
Kvant informasiyasının bu cür ikili statuslu vəziyyətinə kubit (qubit) deyilir
Nəticədə, kvant prosessorunun hesablama gücü adi standart prosessorlardan ikiqat artıq olmalıdır.
Elmi məqalənin müəlliflərindən biri, Hollandiyanın Delft Texnologiya Universitetindən doktor Tom Uatson (Tom Watson) BBC-yə deyib ki, kvant prosessorlarının kompüter hesablamalarında tətbiqi üçün «kubitlərin sayı minlərlə, bəlkə də, milyonlarla olmalıdır».