«Azercell» satıldı ...
... 273.5 milyon dollara
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İndi neftsiz eranın çağırışları qarşısındayıq...
...Və ya mobil rabitədə ilə enerji sektorundakı tariflər
-
«Azərcell» danışıqlar aparır
Yeni müştəriləri var
-
«Odda yanmaz, suda batmaz» «Azercell»
Hər il vergidən yayınan milyonlarla manat vəsait kimin cibinə axır?
-
«Azercell»in fırıldaqları
Telefonunuza gələn kampaniya mesajları konturlarınız üçün təhlükəlidir
-
Mobil bicliklər
«Çox vaxt abunəçilər bilmirlər ki, hansı kampaniya sərfəlidir, üstünlükləri nədir»
-
Qaranlıqda qara maxinasiya
Mobil operatordakı korrupsiya yoxlamasına görə qovulan Samit Həmidov kimdir...
-
Finlandiya-İsveç telekommunikasiya şirkəti «Telia» Azərbaycanın ən iri mobil rabitə operatoru «Azercell»dəki payını satdığını elan edib. Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Bu vaxta qədər «Telia» Nepal, Tacikistan və Gürcüstan telekommunikasiya bazarını tərk etmişdi.
Açıqlamaya görə «Telia» Azərbaycanın mobil rabitə şirkəti «Azercell»dəki 51.3 faizlik səhm payını 273.5 milyon dollara satmağa razılaşıb. «Azercell»in səhmlərinin 51.3 faizini alan Azərbaycanın «AzİnTelecom» MMC şirkətidir. Bu barədə «Telia» şirkətindən yayılan açıqlamada deyilir.
«Fintur Holdings BV «Azercell» mobil rabitə operatorunun yeganə səhmdarı olan «Azertel Telekommunikasyon Yatırım Diş Ticarət A.Ş. şirkətinin səhmlərinin 51.3 faizini «AzİnTelecom»a satmağa razılıq verib», - şirkət bildirir.
«AzİnTelecom» şirkəti 2015-ci ilin iyun ayında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səs trafiki mübadiləsi, telekommunikasiya avadanlıqlarının lisenziyalaşdırılması və digər xidmətlərlə məşğul olur.
«Telia» bildirir ki, «Azercell»in səhmlərinin satışına dair sövdələşmə hələ rəsmiləşməyib. Bununla belə «Telia» Avrasiya və Mərkəzi Asiya bazrlarından çəkilməsi bu il başa çatdıracağına ümid edir. Xatırladaq ki, «Telia» Özbəkistan telekommunikasiya bazarında ciddi korrupsiya sövdələşmələrinə girdiyi üçün qalmaqalla üzləşib. Şirkətin mərhum prezident İslam Kərimovun qızı Gülnara Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi üzə çıxmışdı. Nəticədə «Telia» milyardlarla dollar cərimə ödəməli olub.