Putin Hitlerə aid sitata yenidən müraciət etdi
Kremlin informasiya savaşında dəyişməyən tezis
12:13 | 1 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 2799 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Sovetlər Birliyinin çöküşündən sonra Rusiyada yeni iqtisadi formasiyaya keçidi təmin etmək üçün irəliyə sürülən proqramlardan biri “500 gün” adlanırdı. Hər iki müəllif, Ştalin və Yavlinskinin kapitalizmi etiraf etmək, onun qanunlarına uyğun davranmaq fəlsəfəsi ilə tərtib etdikləri köklü islahat doktrinasında sovet mülkiyyətinin dövlətdən özəl əllərə verilməsinin yolları irəli sürülür, bir il yarım ərzində sosial sabitliyə nail olunacağına inam ifadə olunurdu.
Birinci növbədə, torpağın, mənzil fondunun şəxsi mülkiyyətə verilməsi, iri müəssisələrin səhmləşdiriliməsi, daha sonrakı mərhələdə qiymətlərin liberallaşdırılması, bazarın sabitləşdirilməsi və inkişafa qədəm qoyulmasını hədəf kimi seçən proqram müəlliflərinin tərəfdarları çox olsa da sənədi qəbul etmək mümkün olmadı. Lakin Rusiyada Qərb iqtisadi sistemindən imtina mümkün deyildi və Qaydar, Çernomırdin, Primakov zamanında ölkə demərkəzləşməyə və dövlətin iqtisadiyyatdakı rolunun azaldılmasına getməyə məcbur oldu.
İndi bunu xatırlatmağın xüsusi mənası var. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı mürəkkəb hərbi-siyasi şəraitdə ruslardan daha tez verdiyi strateji qərarlar Azərbaycanda iqtisadi xaosu durdurmağa imkan verdi. Torpaq özəl, nəqliyyat sektoru liberal, taxıl və un məhsulları dövlətin inhisarından kənarda formalaşaraq 90-cı illərdə yeni dövlətin fundamental dayağına çevrildi. Xalq çörək sınağından qurtuldu.
Şükürlər olsun, ölkəmiz böyük bir inkişaf yolu keçib. İslahatların iki mərhələsini böyük sınaqlarla keçə bilmişik. İndi neftsiz eranın çağırışları qarşısındayıq. Daha çörəyimizi kerosinə batırıb yediyimiz 160 illik dövrdən fərqli formasiyaya qədəm qoymuşuq.
Prezident İlham Əliyevin liderliyi altında ötən illər ərzində enerji sektorunda və su təsərrüfatı sistemində köklü dəyişikliklər baş verib, əhalinin qaz və elektrik enerjisi ilə təminatı üçün böyük işlər görülüb. Zaman yeni çağırışları qarşıya qoyur. Büdcənin yükünü azaltmaq üçün enerji sektorunda idarəetmə və özəl şirkətlərin fəaliyyətinə meydan verməklə hazırki tarif siyasətinə cəmiyyətdəki ajiotajı tam aradan qaldırmaq mümkündür.
Siz təkcə iki Avropa ölkəsində-Fransa və Belçikada həmin modelin necə uğurla çalışdığını görə bilərsiz. Rəqabət mühiti, dövlət yardımından asılılığa son qoyulması və əhali qarşısında müqavilə öhdəliyi ilə hüquqi münasibətlərə üstünlük verən bir gələcəkdən imtina etməyinə dəyməz.
Mobil rabitə sistemi enerji sektorundakı idarəçiliyin formasını dəyişməyin ən yaxşı nümunəsi ola bilər. Kimsə hansı operatoru seçməsini, yaxud gündəlik danışıq kvotasını dövlətdən soruşmadan qurmurmu?
Telefonlarla danışarkən sizə israfçılığı qadağan etmək heç kəsin ağlına gəlmir. Əksinə, sözünüz nə qədər uzundursa, «Azercell»in, «Bakcell»in büdcəsi də o qədər “uzanır”.
Enerji və qazı mobil etmək lazımdır!