vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
18:25 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Stadler”lərsiz mümkün deyil”

Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişindaşımaları nə zaman başlayacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişindaşımaları 2019-cu ildə başlayacaq. Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, sərnişindaşımalarını “Stadler” qatarları əldə olunanadək başlamaq mümkün deyil:

“Mən bir müddət əvvəl “Stadler”in nümayəndələri ilə görüşmüşəm. Onlar bildirib ki, qatarlar gələn ilin əvvəlində təhvil veriləcək. Bundan sonra biz yeni qatarlarla sərnişindaşımalarına başlayacağıq”.

Sərnişindaşımalarında qiymətlər barədə isə C.Qurbanov bildirib ki, tariflər həm Gürcüstan, həm də Türkiyə tərəfi ilə danışıqlardan sonra birgə razılaşdırılacaq.