vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, NƏQLİYYAT  
«... Bakı-Tiflis-Qars isə hazırdır» 13:54 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Bakı-Tiflis-Qars isə hazırdır»

Cavid Qurbanov: «Astara-Astara dəmir yolu yaxın günlərdə bitəcək, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi tam yekunlaşıb. Virtualaz.org bildirir ki, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

C.Qurbanov bildirib ki, bu ayın sonunda dəmir yolunun istismara verilməsi mərasimi keçiriləcək.

Cavid Qurbanov onu da deyib ki, bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub: «Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda «İran Dəmir Yolları» ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır».