Roma ilə Moskva arasında diplomatik gərginlik
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
12:44 | 24 iyun 2018 | Bazar
Məqaləyə 2998 dəfə baxılıb
Şriftin ölçüsü
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini təhqir edib. O, Emmanuel Makronu həyasızlıqda ittiham edib.
Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, “İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır”.
Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.
“Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik”, - deyə siyasətçi bildirib.
Həmçinin Salvini Makronu Fransaya miqrant axınının keçdiyi Ventimilyedə qadın, uşaq və kişilərdən imtinaya son qoymağa çağırıb.
Baş nazir müavininin sözlərinə görə, əgər Fransa İtaliyanı bütün Avropa üçün qaçqın düşərgəsinə çevirmək istəyirsə, tamamilə yanılır.
Salvininin mövqeyini ölkənin baş nazirinin ikinci müavini Luici Di Mayo da dəstəkləyib. O qeyd edib ki, İtaliyada hazırda miqrasiya ilə bağlı fövqəladə vəziyyət yaranıb və Fransa da bu vəziyyəti yaradanlardan biridir.