vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:34 | 26 avqust 2018 | Bazar Məqaləyə 2051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çağdaş Azərbaycan tandemi

Mehriban Əliyevanın “birinci xanım” statusu prezident İlham Əliyevin yürütdüyü siyasi kursun sosial mesajlarını cəmiyyətə çatdırmaqda əvəzsiz rol oynayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Hərdən geri boylanıb tarixə baxın. Onda görəcəksiniz ki, qoca Şərqin köhnə qatlarında hökmü hər yerə çatan hökmdarla yanaşı, xanımının da sözü kəsərsiz deyil. Çünki cahangir dövlət başçıları ömrünün çox hissəsini uzaq səfərlərdə, ağır hərbi yürüşlərdə, qanlı davalarda keçirdiyi vaxt ölkəyə, məmləkətə yiyə duracaq ikinci şəxsə ehtiyac vardı. Hətta dinc dövrlərdə, atların yəhəri açılıb, qılınclar qınına salındıqda belə, hökmdar xanımları öz vəzifələrini davam etdirirdilər.

Hansını sadalayaq, qədim və orta tarixin elə bir səhifəsi yoxdur ki, orada siyasətdə az olsa da, xeyriyyə işlərində əməli işi haqq tərəzidə ağır gəlməyən şahzadə xanım tapmayacaqsan. Onlar düşmən basqınından viran olmuş yurdları bərpa edir, yəni kənd və şəhərlərdə abadlıq işləri görür, məscidlər, karvansaraylar, xəstələr üçün şəfaxanalar tikir, yollar salır, yeri gəldikdə də ölüm-dirim savaşlarında yaralılara qulluq göstərən şəfqət bacıları olurdular.

Son əsrin, 20-ci yüzilliyin başlanğıcından itmiş bu ənənənin səbəbini indi araşdırmağın heç yeri deyil. Əsas odur ki, zamanın unutdurmağa çalışdığı bu xeyriyyəçi-humanitar fəaliyyət artıq yeni simada öz davamını tapıb.

Söhbət təbii ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadan gedir. 

“Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”, – deyə o, hələ Birinci vitse-prezident olmazdan xeyli öncə təvazökarlıqla bildirmişdi. Amma həqiqət budur ki, xeyriyyəçiliyin, yəni insanlara təmənnasız köməyin özü ən effektli siyasətdir.

Çağdaş Azərbaycan siyasi tarixi artıq 15 ildir ki, hakimiyyətin vacib atributu hesab olunan “Birinci xanım” statusunun uğurlarına şahidlik edir. Azərbaycan Mehriban Əliyevanın sayəsində Avropanın ona yönəlik ənənəvi “anlaşılmaz Şərq” baxışını kökündən dəyişdirib.

Axı bu gizli deyildi ki, dünənədək Qərb insanı bu fikirdə idi ki, Şərqdə dövlət başçısının həyat yoldaşı daha çox kölgədə qalmağa üstünlük verir. Lakin dövlət başçısının xanımı bu mifləri dağıdaraq Prezident-Birinci xanım tandeminin ölkənin ictimai və sosial həyatında fəal rol oynadığını nümayiş etdirdi. Dünya bir daha gördü ki, Birinci xanım prezident İlham Əliyevin yürütdüyü siyasi kursun sosial mesajlarını cəmiyyətə çatdırmaqda yanaşı, həm də bir sıra məsələlərin həllində bilavasitə iştirak edir. Və bir-birini əvəzləməklə bu iki insan əslində ahəngdar şəkildə vahid bir strategiyanı gerçəkləşdirirlər.

Postsovet ölkələri içərisində özü-özlüyündə bu, nadir bir haldır. Belə ki, bir çox birinci xanımların humanitar-xeyriyyəçi missiyaları məhduddur. Onların özləri də cəmiyyət üçün açıq deyillər. Yad baxışlardan qaçan digər dövlətlərin prezident xanımları daha çox qapalı fəaliyyətə üstünlük verirlər. Lakin Mehriban xanım Əliyevanın fəaliyyəti tam fərqlidir və o, daim ictimai aşkarlığa malikdir. Onun başlıca işi Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasi kursa dəstəkverici funksiya daşıyır. Bu, eyni müstəvi, lakin tam başqa bir siyasi-diplomatik gedişdir.

Mehriban xanım Əliyeva daşlaşmış siyasi qəliblərdən çıxan kəlmələri, ifadələri işlətmir, o, mədəniyyət və incəsənətdən faydalanır. Buna görə də, tutalım, Avropa intibahına dair müfəssəl biliyə malik bir xanımla rastlaşmış istənilən qərblinin ürəyinə yol tapmaq çox asan olur. Qərb adamı azərbaycanlı xanımın erudisiya və intellektini gördükdə heyranlığını Azərbaycana maraqla ifadə edir, səmimi şəkildə Azərbaycana bağlanır. Son nəticədə bu, Azərbaycan həqiqətlərinin qəbul edilməsinə, ölkəmiz ətrafındakı informasiya blokadasını yarmağa imkan verir.

Ölkənin daxilində sıradan bir vətəndaşa münasibət də bu cürdür. Dövlətin bəzən bir qədər sərt görünən siyasi gedişlərini, vacib sosial məqsədini anlatmaq və bunun faydalılığını, perspektivini sadə vətəndaşın həyatında hiss etməsinə yardımçı olmaq. Bu missiyanı üzərinə götürmüş Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan prezident İlham Əliyevin apardığı daxili siyasi kursun əsas prioritetlərindən birini – insanların yaşayış səviyyəsinin yüksəldilməsi və firavan, rifahlı həyatının təmin olunması yönündə əməli işlər görür. Prezident özü də dəfələrlə çıxışlarında yürüdülən siyasətin əsasında, təməlində Azərbaycan insanının dayandığını vurğulayıb.

Ölkənin Birinci xanımı Mehriban Əliyeva bu amalın müəyyən məsuliyyətini öz üzərinə götürüb. Bu missiya humanitar-xeyriyyəçi xarakter daşımaqla “Birinci xanım” anlayışını ictimai arenadakı mövqeyini müəyyənləşdirib. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri müəyyən edilərkən buraya təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr daxil olunub. Bu sahələr isə birbaşa ölkə başçısının daxili siyasi xəttində prioritet verdiyi əsas istiqamətlərdir.

Maraqlı odur ki, Mehriban Əliyeva daşıdığı statusu dövlətlə vətəndaş münasibətlərində birbaşa təmas nöqtəsinə çevirərək bununla da icra strukturlarında “qədim” xəstəlik olan məmur süründürməçiliyinə ictimai nəzarəti təmin edib. Birinci xanım hökumətin bəzi hallarda sərt praqmatizminə qarşı humanist çalarlar əlavə etməklə, aparılan sosial siyasətin vətəndaşa çatımlı olmasında özünün mühüm missiyasını yerinə yetirir.

Təsadüfü deyil ki, Mehriban xanım birinci vitse-prezident seçildikdən sonra ilk iclasını qaçqınların və məcburi köçkünlərin problemləri istiqamətində qurdu. Onların problemlərinin vaxtında və yüksək səviyyədə həll edilməsi ilə bağlı tapşırıqlar verdi. Daha sonra qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş yeni binaların açılış mərasimlərində iştirak etdi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın birinci vitse-prezidenti çox humanist və vətəndaşların qeydinə qalan şəxsiyyətdir.
Mehriban Əliyeva Azərbaycan dövlətçiliyi tarixində sosial problemlərə yardımçı olan bir insan kimi, mərhəmət, xeyirxahlıq nümunəsi kimi,  məsuliyyətli, əsl Azərbaycan qadını kimi qalacaq.
Mehriban Əliyeva artıq Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilib. Birinci vitse-prezident Azərbaycan xalqının maraqlarının xaricdə müdafiə olunmasında xüsusi xidmətlər göstərir, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edir.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanımın gördüyü işlər bunu deməyə əsas verir: indi hər bir azərbaycanlı müasir Azərbaycanın xeyir və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır…