Getmək, yoxsa qalmaq …
Maduronun hakimiyyətdən əl çəkməsi üçün üç ssenari – hansı variant daha real və sərfəlidir?
Andres OPPENHEYMER, “La Nación” (Argentina)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
-
Maduroya sui-qəsd xəbərdarlığı
6 əcnəbi həbs olundu
-
Mask solçu liderlərin hədəfində
Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb
-
Qonzales ölkəni tərk etdi
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
-
Etirazları dağıtmaq üçün sürpriz qərar
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
-
Qonzales barədə həbs qərarı
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
-
Maduronun təyyarəsinə həbs
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
-
Avropa da Madurodan üz döndərdi
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
-
Süni intellektlə senzuradan yayınmaq
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
-
Maduro yeni kabinetini elan edib
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
-
“Baş prokuror qınandığını bilir”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
-
Qonzalesə həbs təhlükəsi
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
-
Qonzalesdən beynəlxalq dəstək çağırışı
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
-
AB Maduronu tanımır
İspaniya XİN də tam şəffaflıqda israr edir
-
“Konstitusiya ölkədəki hər kəs üçündür”
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
-
Madurodan sanksiyaya qarşı həmlə
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
Anlatmağa keçməzdən qabaq son hadisələri şərh edirik: Meksika və Uruqvayın Venesueladaxili dialoq üçün yaratdığı Beynəlxalq Təmas Qrupu çətin ki nəyəsə nail olsun. Quaydonun bu yaxınlarda müsahibənin gedişində dediyi kimi, Maduro ilə daha bir “saxta dialoq”a girmək niyyətində deyil. Maduro son illərdə müxalifətlə dialoqdan, ən azı, dörd dəfə yararlanıb ki, vaxtı uzatsın, sonra isə dünya ictimaiyyətinin diqqəti başqa problemlərə keçən kimi, siyasi rəqiblərini həbsə atsın.
Quaydo dedi ki, bu dəfə keçid hökuməti azad seçkilər keçirənə qədər Maduro getməli olacaq.
Digər tərəfdən, Meksika və Uruqvay “neytral ölkə” deyil. Onlar Maduronu hələ də Venesuela prezidenti sayırlar.
O biri yandan, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Avstraliya, Kanada, Braziliya, Argentina və Qərbin başqa demokratiyalarının çoxu Quaydo hökumətini qəbul edir.
Deməli, üç mümkün ssenariyə baxmağa keçək:
Birinci ssenari: Təkrar seçkilər.
Maduro etibar qazanmış beynəlxalq müşahidəçilərin iştirakıyla azad seçkilər keçirməyə icazə verməyə məcburdur. Venesuela neftinin (Maduro rejiminin əsas gəlir qaynağının) ixracatını mümkünsüz edən ticarət embarqosu üzündən və beynəlxalq humanitar yardım gətirən yük maşınlarının ölkəyə qaytarılmasını tələb edən venesuelalıların artan küçə etirazları, sərhədə yığılmış hərbçilər Maduronu azad seçkilər keçirmək üçün razılaşmağa vadar edəcəklər.
Maduro ötən əsrdə Nikaraquadakı 1990-cı il seçkilərində kimi, özü və generalları üçün məqbul şərtlər əldə edir. Maduro sonra seçkiləri uduzur və Kubaya gedir. Kastronun sosialist ölkəsində ABŞ imperializmini qarğıyan teleşou aparıcısı kimi yeni həyata başlayır. Kuba televiziyasının “Telesur” kanalında təbildə çalıb oxumaqla, rəqs etməklə yaşamağa davam edir. Belə bir ssenarinin həyata keçmə ehtimalı 50 faizə bərabərdir.
İkinci ssenari: Maduro sonsuz müddətə hakimiyyətdə qalır.
Venesuela diktatoru Rusiya və Çinin yardımıyla hakimiyyəti saxlamağa nail olur. Kubada baş verdiyi kimi, Venesuelada humanitar böhran artır və milyonlarla vətəndaş ölkədən qaçır. Maduro bu qayda ilə əsas kütləsini yoxsullaşan dövlət qulluqçuları təşkil edən az sayda adamı ərzaqla təmin edəcək. Hökumətin payladığı ərzaq payları üzərindən onlara nəzarət etmək asan olacaq.
Məsələ ondadır ki, Braziliya və Kolumbiya, milyonlarla qaçqın axınına tab gətirməyəcək. Bundan başqa güman etmirəm ki, Rusiya və Çin Maduroya böyük maliyyə yardımı göstərər. Belə bir ssenarinin həyata keçmə ehtimalı 30 faizə bərabərdir.
Üçüncü ssenari: ABŞ-ın, ya da çoxmillətli güclərin hərbi müdaxiləsi
Keçən əsrin 80-ci illərində Panamada baş verdiyi kimi, Amerika məhkəməsi “narkoticarət” maddəsiylə Maduroya və generallarına hökm çıxardır ki, bu da ABŞ tərəfdən hərbi müdaxiləyə gətirəcək. Ya da ötən əsrin 80-ci illərində Karibin Qrenada adasında baş verdiyi kimi, ABŞ, guya, Kuba və Rusiyanın bu ölkəni işğal etdiyi bəhanəsilə Venesuelaya müdaxilə edəcək. Amma 21 minlik Panama, 2 minlik Qrenadada ordusundan fərqli olaraq, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Venesuela silahlı qüvvələrinin sayı 351 min nəfərdir. Bəzi ekspertlərin dəyərləndirdiyinə görə, ABŞ Venesuelaya hərbi müdaxilə variantını seçərsə, 100 mindən çox canlı qüvvəsini itirə bilər.
Ola bilsin, 1965-də Dominikan Respublikasında, ya da 1992-də Bosniyada olduğu kimi, panamerika gücləri və yaxud BMT kontingentinin göndərilməsi haqda xahişlər səslənəcək. Amma böyük ehtimalla Latın Amerikası ölkələrinin çoxu hərbi əməliyyata qatılmaq istəməyəcək. Digər yandan Rusiya və Çin isə BMT Təhlükəsizlik Şurasının Venesuelaya müdaxiləni sanksiyalaşdıran istənilən qətnaməsinə veto qoyacaq. Belə bir ssenarinin həyata keçirilmə ehtimalı 20 faizə bərabərdir.
Deməli, indiki çoxalan beynəlxalq diplomatik və iqtisadi sanksiyalar dalğası qanunsuz rejimi hakimiyyətdən əl çəkməyə vadar etməkdə ən yaxşı və ola bilsin, ən gerçək variantdır. Basqı çoxalarsa, Maduro gedə bilər.