Ermənistanın qorxusu ...
... Yaxud Naxçıvandakı təlimlərin verdiyi 4 önəmli mesaj...
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyənin yeni Naxçıvan planı
Ankara muxtar bölgənin müdafiəsini gücləndirir; Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
-
“Bir millət, iki dövlət”ə yaraşan ...”
Sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edilir
-
Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır?
“Sözçü” qəzetinin yazarından sensassion iddia
-
Ərdoğan Azərbaycandadır
Türkiyə prezidenti ənənəni davam etdirdi
-
“Münasibətlərimiz bütün sahələrdə inkişaf edir”
Necdet Ünüvar Prezident İlham Əliyevin Ankaraya səfərini şərh edib
-
Türkiyə və Azərbaycandan göz dağı ...
... və Sərkisyanın 4 milyon nağılı
-
İşğalçıya ortaq güc nümayişi
Türk hərbçiləri Qarabağda - Ərdoğan Rusiyada olacaq - incə ismarış, amma kimə?..
-
«Müttəfiqliyimiz şəxslərdən asılı deyil»
«Türkiyədə kimin prezidentliyindən asılı olmayaraq, iki ölkənin münasibətləri daha da inkişaf edəcək»
Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə Naxçıvanda hərbi təlimlərə başlayıb. Bu cür təlimlər Naxçıvanda hər il keçirilir.
Ermənistan mediası budəfəki təlimlərin əleyhinə daha çox yazı yazdı. Müxtəlif versiyalar səsləndi. Ən başlıcası Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Bəzi erməni politoloqlar bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildirdilər.
Naxçıvanda Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında birgə təlimlər hər il keçirilir. Bəs niyə Ermənistan mediası və siyasi ekspertləri budəfəki təlimlərdən daha çox qorxublar?
Görünür, bu cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır.
Atəşkəs daima pozulur və hər iki tərəfdən itkilər qeydə alınır. Ermənistan qorxur ki, Azərbaycan ordusu hücuma keçə bilər. Digər tərəfdən Ermənistanda qorxurlar ki, Azərbaycan Ermənistandakı daxili siyasi gərginlikdən öz məqsədləri üçün istifadə edə bilər.
Ermənistanın qorxusu anlaşılandır. Həqiqətən Azərbaycan siyasi elitasında və cəmiyyətində danışıqlara inam qalmayıb, ordunun imkanlarından istifadə edilməsi vacibliyindən danışılır.
Birincisi, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa Türkiyə Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək.
İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, hər hansı birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hissəsi Naxçıvanı tərk etməsin, orada yerləşsin.
Üçüncüsü, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir. Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki, Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə qarşı etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir.
Dördüncüsü, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var. Davamlı hərbi təlimlər orduda torpaqları azad etmək ruhunu artırır. Yəni torpaqları güc yoluyla geri qaytarılmasına qərar verilməsə belə, hərbi təlimlər yoluyla artan ruh yüksəkliyi alternativ yollara baş vurma istəyini artırır. (“Atlas” Araşdırmalar Mərkəzi)