
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
“Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf edir, qardaş ölkənin Prezidenti İlham Əliyevin Ankaraya səfəri də bunun təsdiqidir”.
Vaxt.az xəbər verir ki, bu sözləri “Trend”ə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox səmərəli və vacib oldu:
“Qardaş ölkənin Prezidenti İlham Əliyev aprelin 11-i təkrar dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdi. Türkiyə və Azərbaycan dövlət başçılarının seçkilərdən sonra bu cür səfərləri ənənəyə çevrilib”.
N.Ünüvarın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə möhkəm əlaqələr var:
“Bununla yanaşı, iki ölkənin xalqları bir-birinə çox yaxındır. Birgə mətbuat konfransı zamanı prezidentlər Bakı ilə Ankara arasında münasibətlərin vacibliyini vurğulayıb”.
N.Ünüvar əlavə edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bu ölkəyə dəstək olub:
“Çevriliş cəhdi zamanı, parlament atəşə tutulanda Türkiyəyə ilk zəng edən Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın digər şəxsləri olub”.