vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:18 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçının “xidməti”

Paşinyan general Movsesi qondarma rejimin başına gətirmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkilərində” general Movses Akopyanın namizədliyini dəstəkləməyə hazırlaşır.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan həmin “seçkilərdə” şəxsən Paşinyanın və Yerevanın namizədi ola bilər.

“Paşinyan başa düşür ki, general Vitali Balasanyan və onun ətrafında cəmləşən qruplaşmaya ancaq həmin qrupa qarşı çıxmaqdan çəkinməyən, onların təhdidlərinə boyun əyməyən biri qalib gələ bilər”,-“Jamanax” qəzeti yazır.

General Movses Akopyan Dağlıq Qarabağda “müdafiə naziri” olub, daha sonra Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi təyin edilmişdi. 2016-cı ilin aprel müharibəsindən sonra Akopyan da Müdafiə Nazirliyinin rəhbərliyində yer alan bir sıra generallarla birlikdə vəzifəsini itirdi. Prezident Serj Sərkisyan onu Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb baş hərbi müfəttiş təyin etdi.

Son vaxtlar Paşinyanla Qarabağdakı rejim arasında ciddi ixtilaf yaşanır və belə məlumatlar var ki, qarabağlı generallar və keçmiş səhra komandirləri onu hakimiyyətdən uzaqlaşdırmağa and içiblər.