

Kanadada “elektrik enerjisi” kateqoriyası 35 faizə yaxın bahalanıb
Kanada da vətəndaşlarını səfərdən çəkinməyə çağırır
Kanada Rusiyaya lüks malların ixracını da qadağan edib
Kanada Rusiyanın Ukrayna törətdiklərini soyqırım kimi tanıdı
Qərb nazirləri Rusiyanın çıxışı zamanı iclası tərk etdilər
Asimmetrik təhdidlərə qarşı boşluqlar var
Tramp: “Kanadanın NAFTA-da saxlanılmasına ehtiyac yoxdur”
Virus mutasiya edə bilir və bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir
Ukraynalı rəsmidən Kanada baş nazirinin qeyri-adi kolleksiyasına rəngbərəng hədiyyə
Şimal Buzlu Okeanda yayların buzsuz keçməsi qlobal hava şəraitlərini dəyişəcək
Kanadalı polisin mağazadan geyim oğurlayan gəncə qarşı elə bir davranış sərgilədi ki?
Adamların çoxu əlavə gəlirlərini məhz əlavə istirahət vaxtının alınmasına xərcləyir
Kanadanın baş naziri Ziya Məmmədovla bağlı korrupsiya işinə münasibət bildirdi
20 ölkədə aparılan sorğunun nəticələri
Bəşəriyyət yeni fəlakət qarşısında
Kanada qəbul edəcək əcnəbilərin sayını açıqladı
Ottava polisinin cümə günü son üç həftədir Kanadanın vaksin mandatı və digər COVİD-19 məhdudiyyətlərinə etiraz edən yük maşını sürücülərini həbs etməyə başladığı bildirilir.
Aralarında taktiki geyim geyinən və avtomatik silah daşıyanlar da olan polis cümə axşamı gecə saatlarında əməliyyata başlayıb və paytaxtın Parliament Hill ərazisində təşkilatçılar olan Tamara Liç və Kris Barberi saxlayıb. Hüquq-mühafizə orqanları həmçinin şəhər mərkəzinin böyük bir hissəsini, müxbirlər daxil olmaqla, başqa insanların keçə bilməməsi üçün bağlayıb.
“Ərazidə olan bütün media, xahiş edirik, öz təhlükəsizliyiniz üçün məsafə saxlayın və polis əməliyyatından uzaq durun,” Ottava polisi cümə günü “Twitter”də yazıb. “Əməliyyatın aparıldığı ərazidəki hər kəs saxlanıla bilər”.
Kanadanın dövlət mediası, Kanada Yayım Şirkəti həbslərin olduğunu və polisin şəhər boyu bir neçə saxlanma mərkəzləri açdığını bildirib.
Ottavanın bəzi sakinləri yük maşını sürücülərinin səs-küy saldıqları və yol hərəkətinə mane olduqlarından şikayət ediblər.
Polisin əməliyyatı səbəbilə Kanadanın İcmalar Palatası cümə günü sessiyasını təxirə salıb. Etirazların mərkəz nöqtəsi Kanada parlamentinin binası olub.
“The Associated Press”in (AP) məlumatına görə, cümə günü etirazçıların bəziləri əlləri qandallı şəkildə aparılıb, digərləri isə təslim olub və nəzarət altına alınıb.
Polis bildirib ki, etirazçıları təmizləmək üçün əməliyyat bir neçə gün çəkə bilər. Bu barədə “Reuters” xəbər verib.
Saxlanılan etirazçılardan biri əlində “Mandar azadlığı” yazılan plakat daşıyıb. AP-nin xəbərinə görə, yük maşınlarının bəziləri çəkiblər.
Polisin əməliyyatına baxmayaraq bəzi yük maşını sürücüləri etirazlarını davam etdiriblər.
“Bizim qolumuza qandal taxıb, həbsə atsalar nə olacaq?” Montrealdan Kevin Homaund deyib.
Bu həftənin əvvəlində ABŞ-la Kanada arasında ticarətə əngəl olan üç sərhəd blokadası dinc şəkildə başa çatıb.
Bazar ertəsi Kanada baş naziri Castin Trudo Kanadanın Fövqəladə Vəziyyət Aktını tətbiq edib və bununla da hüquq mühafizə orqanlarına həbs etmək, bank hesabını dondurmaq və yük maşınlarını çəkmək kimi qeyri-adi səlahiyyətlər verib.