vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
11:38 | 1 aprel 2022 | Cümə Məqaləyə 993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fərruxda yüksələn bayraq...

... Tezliklə Xankəndində dalğalanacaq

İlham İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər “Ermənistan siyasi rəhbərliyindən pozitiv xəbərlər eşidirik” ifadəsini tez-tez işlədirik. Görünür, hər zaman mövqeyimizi süngü ilə qarşılayan Ermənistan rəsmilərinin bu dəfə irəli sürdüyümüz beş baza prinsipinə təsdiqedici cavablar verməsi bizdə bu qənaəti yaradıb.

Ermənilər səmimidirlərmi? Yox! Beynəlxalq toplantılarda özlərini sülhpərvər kimi göstərib Azərbaycanın təkliflərini qəbul etmədiklərinə heç bir əsasları olmadıqlarını desələr də, bir neçə saatdan sonra əks mövqelərini bildirir və o zaman əsil simalarını göstərmiş olurlar. Guya ki, ən pozitiv xəbərlər Nikol Paşinyandan gəlir, amma son günlər erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması rəsmi müzakirə predmeti olduqdan və Fərruxda baş verənlərdən sonra Ermənistanın baş naziri deyir: “Dağlıq Qarabağ Müdafiə Ordusunun çıxarılması ermənilərin Dağlıq Qarabağdan çıxarılması deməkdir. Bu, Azərbaycanın formalaşdırdığı tələbdir. Fərruxada baş verənlər sübut edir ki, Dağlıq Qarabağ erməniləri qorunmalıdır, əks halda onlar soyqırımın qurbanı olacaqlar”. Paşinyana görə onun özünün də imzaladığı 10 noyabr 2020 üçtərəfli razılaşmanın 4-cü bəndini guya Azərbaycan özünə uyğun şəkildə interpretasiya edir. Belə bir mövqe nümayiş etdirənin sülh müqaviləsi bağlamaq haqqında dedikləri qeyri-səmimidir və müharibə bitəndən 16 ay keçməsinə baxmayaraq nəinki sülh razılaşması, heç adi nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılmdığı dediklərimizə sübutdur. 

İndiyədək Paşinyan sülhlə, sərhədlərin müəyyənləşməsi və nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılması ilə bağlı dediklərinin, hətta Moskva, Soçi, Brüssel görüşlərində öhdəlik götürdüyü məsələlərin reallaşması üçün konkret addım atmayıb. 

Ermənilər problemin son həllinin zaman məsafəsini uzatmaqla dünyada baş verən hadisələrdən, o cümlədən Rusiya-Ukrayna müharibəsindən öz maraqları üçün yararlanmaq məqsədi güdürlər. Rusiyanın Donbasdakı separatçı rejimləri tanımasını Qarabağ üçün fürsət hesab edən separatçılar, Moskvanın  Xankəndi rejimini də tanıyacağına ümid edir. Bütün tarixləri boyu maraqlarını, problemlərini özlərinin deyil, başqalarının hesabına həll etməyi öyrənən ermənilər fürsəti qaçırmırlar. Bu gün Cənubi Osetiyanın Rusiya ilə birləşdirilməsi barədə yayılan xəbərləri eşidən kimi ermənilər tez özlərini ortaya atıblar ki, Rusiyanın tərkibinə keçmək üçün Qarabağda da referendum keçirilməlidir. Saman çöpündən yapışan bu məxluqlar bütün vasitələrlə Rusiyanın nökəri, iti olmaqlarını özlərinə şərəf bilirlər. Məhz Rusiyaya da belə birisi lazımdır ki, başqalarının üstünə qısqırtsınlar. Başqası Azərbaycandır, Türkiyədir. Ona görə də bu siyasəti nəinki erməni rəsmiləri yürüdürlər, eləcə də adi siyasi şərhçilərdən biri, Armen Gevorkyan yazır: “Aydın bir anlayış olmalıdır ki, Cənubi Qafqaz necə olmalıdır – Rusiyanın, yoxsa Türkiyənin? Bu sualın cavabı Ermənistanda, o cümlədən Qarabağla bağlı siyasi qərarlar çərçivəsində formalaşacaq. Ölkənin hazırkı elitasının müdrik və adekvat seçim etməyə hazır olması vacibdir. Biz Qərbin deyil, Rusiyanın yanındayıq”. 

Nökər olduqları imperiyalara-Bizansa, Osmanlıya etdikləri xəyanəti indi də Rusiyaya etməyə hazırdılar. Ermənilərin Rusiya sevgisi bir yerə qədərdir. O yerin adı Qarabağdır. Separatçı rejimin ən çox danışan ismi David Babayan: “Biz başa düşməliyik ki, Rusiya sülhməramlıları olmasa, Artsax da olmayacaq.” 

Müharibənin bitdiyi 16 ay ərzində ermənilər sülh müqaviləsi ilə bağlı ilk baxışdan pozitiv görünən xəbərlər çatdırsalar da, nə qədər reveranslar etsələr də, əsil məqsədlərini gizlətmədilər. Yəqin aprelin 6-da nəzərdə tutulan Brüssel görüşündə Paşinyan yenə də tezliklə sülh müqaviləsinin bağlanmasından, münasibətlərin normallaşmasından danışacaq, Şarl Mişeli inandırmağa çalışacaq ki, buna hazırdırlar. Qayıdandan sonra isə deyəcək ki, sərhədlərin müəyyənləşməsi üçün hər iki ölkə “güzgü şəklində” qoşunlarını geri çəkməli, beynəlxalq qoşunlar bölgəyə gəlməli və sülhə zəmanət verməlidirlər. Alen Simonyan beş bəndi yerinə yetirmək üçün “bir-iki aspektin”də vacibliyindən danışacaq, Ararat Mirzoyan isə Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanmasının zəruriliyini bildirəcək. Yetməzmi? Bu yalanları ermənilər sonsuza qədər davam etdirə bilərlər, biz əks siyasətimizi sərt şəkildə ortaya qoymalıyıq, Fərruxdakı kimi. Daşbaşı zirvəsinə sancılan bayrağımızın yaxın zamana Xankəndində dalğalanacığını birinci Rusiya anlamalıdır ki, Delyagin kimilərini qabağa verib bizi hədələməkdən çəkinsinlər.  

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə beynəlxalq münasibətlər sistemində yeni düzənin formalaşacağını qaçılmaz edəcək və transformasiyanın Azərbaycandan da yan keçməyəcəyinin ilkin əlamətləri artıq hiss olunur. Detallarını açıqlamadan deyə bilərik ki, Azərbaycan diqqət mərkəzindədir və bölgənin əhəmiyyətli ölkəsi kimi qlobal güclər bizim maraqlarımızla hesablaşmaq və ona uyğun siyasət yürütmək planlarını gizlətmirlər. Əgər bu proses birilərini narahat edirsə, bizə münasibətlərində dəyişiklik etməli, maraqlarımızı daha çox nəzərə almalıdırlar. 

Yuxarıda qeyd etdiyimiz fikirlərə qayıdaraq bir daha ermənilərin yalanlarına zaman tanımamağı məqsədəuyğun hesab edirik. Azərbaycan qarşı tərəfə uzaqda olmayan vaxt verməli və bu vaxt ərzində erməni silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. Verilən zaman kəsimi illərə yox, yaxın aylara hesablanmalıdır.